13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
2024-cü ilin hədəfləri daha möhtəşəm uğurlar vəd edir - ŞƏRH
VETENİM-AZERBAYCANDIR.AZ
2024-cü ilin ilk günlərini yaşayırıq. Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunur. Bu isə öz növbəsində tarixə qovuşan ilə bir daha nəzər salmağı zərurətə çevirir. Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2023-cü ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin təqdimatı oldu. “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır” – deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik uğurlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm məqam xüsusi qeyd edildi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
Azərbaycan son üç ildə bu hədəfə sülh yolu ilə nail olmağa səy göstərdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsini düzgün təhlil edib nəticə çıxaracağı düşünülsə də, belə olmadı. Ermənistan havadarlarının dəstəyinə arxalanaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək, silahlı birləşmələri ərazilərimizdən çıxarmaq istiqamətində addımlar atmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi. Azərbaycana qarşı mina terroru davam etdirildi. Təbii ki, ölkəmiz bu vəziyyətlə barışa bilməzdi.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, vəziyyətin bu şəkildə davamı Azərbaycan Silahlı Qüvvələrini sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu: “Antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim çökdü, ağ bayraq qaldırdı, torpaqlarımızdan əbədi çıxarıldı. Ərazilərimiz separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı ucaltdı. Ötən il aprelin 23-də, , həmçinin Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi quruldu və bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.”
Deputat vurğulayıb ki, dövlətimizin başçısı müraciətində dünyanın ikili standartlara əsaslanan siyasətinə bir daha diqqət yönəltdi: “Ermənistana dəstək olan Qərb ölkələri ölkəmizə qarşı ittihamlar səsləndirsələr də, təzyiqlər etməyə çalışsalar da, reallıq bir daha göstərdi ki, heç kim iradəmizə təsir göstərə bilməz. Azərbaycanın atdığı hər bir addım ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan dövləti ən yüksək tribunalardan bu çağırışı edir ki, beynəlxalq hüququn və ədalətin tətbiqi üçün vahid mexanizm olmalıdır. Bu məqamı hər zaman xatırlatmaq istərdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin işğalçılıq siyasəti yürütməsinə baxmayaraq, daim dəstəklə əhatə olunması fonunda beynəlxalq hüququn mövcudluğundan xəbərsiz olduğunu dilə gətirdi. Onun 44 günlük İkinci Qarabağ müharibəsi dövründə jurnalistin beynəlxalq hüquqla bağlı sualını məhz “Məgər beynəlxalq hüquq mövcuddurmu” sualı ilə cavablandırması, digər dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçən bəzi dünya güclərini narahat etmədi. Ermənistana belə dəstəklərin nəticəsidir ki, 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi, həmçinin bir günlük lokal antiterror tədbirləri həyata keçirildi. Dövlətimizin başçısı İlham Əliyev müraciətində bir daha bu çağırışı etdi: “Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.”
Malik Həsənov bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır: “Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2023-cü ildə görülən bərpa-quruculuq işlərindən və onların fonunda soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından da geniş bəhs edərək dedi ki, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Həmçinin cari ildə Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bununla bərabər bir neçə yaşayış məntəqəsinin də keçmiş köçkünləri qəbul etməyə hazır olduğu bildirildi. Son üç ildə işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ölçüyəgəlməzdir. Bu, onu sübut edir ki, bu torpaqların sahibi bizik. Azərbaycan xalqı qurub-yaradan xalqdır. Ermənilər 30 ildə torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi və dini abidələrimizi yerlə-yeksan etdi, ölkəmizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətdilər. Dünya bu reallığın da şahidi olsa da, yenə susmaqla Ermənistanın beynəlxalq hüquqa sığmayan addımlarının davamlılığına şərait yaratdı. Hər zaman qeyd etdiyimiz kimi, dünyanın ikili siyasəti Azərbaycan dövlətini, xalqını ruhdan salmadı. Haqqın, ədalətin sonda zəfər çaldığı inkaredilməzdir. Bu gün Azərbaycan tarixinin Zəfər səhifələrinin zənginləşdirilməsində tarixi ədalət öz sözünü deyir.”
Deputat onu da əlavə edib ki, dövlətimizin başçısı xalqa müraciətində Zəfər salnaməmizin rəmzi olan “Dəmir yumruq”dan da bəhs edib: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq”, həmçinin birliyimizin rəmzidir. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları hər zaman Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, həqiqətlərimizin təbliğinə öz töhfələrini verməyə səy göstərirlər. Bu gün bütün dünya azərbaycanlıları ərazi bütövlüyümüzün və suverenlyimizin tam təmin olunması ilə qürur duyur. Dövlətimizin başçısı xalqa müraciətində bu əminliyi də ifadə etdi ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”
“Dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti, Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi sayəsində qarşıya qoyulan hədəflər zamanında reallığa çevrilir. 2024-cü ilin hədəfləri ölkəmiz, xalqımız üçün daha möhtəşəm uğurlar vəd edir”, - deyə Malik Həsənov bildirib.