Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bayram günlərində Lənkərana gələn turistlərin sayı artıb REPORTAJ

Bayram günlərində Lənkərana gələn turistlərin sayı artıb REPORTAJ
3-01-2024, 13:56 126 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ









Yeni ilin gəlişini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif yerlərə üz tuturlar. Belə yerlərdən biri Lənkəran şəhəridir. Bura gələn insanlar arasında yerli turistlərlə yanaşı, xarici qonaqlara da rast gəlmək mümkündür.

VETENİM-AZERBAYCANDIR.AZ -ın bölgə müxbiri xəbər verir ki, Lənkərana bayram günlərində gələn həm xarici, həm də yerli turistlərin sayı artıb. Bura gələn yerli turistlər daha çox fərdi evlərdə deyil, istirahət mərkəzlərində qalmağa daha çox üstünlük verirlər. Şəhər ərazisində xidmət göstərən hotel və istirahət mərkəzlərində qiymətlərin münasib olması turistlər üçün əsl bayram hədiyyəsi olub.

Hotel meneceri Hikmət Məmmədov bildirir ki, bu il Yeni ili cənub bölgəsində qeyd etmək istəyən vətəndaşların sayı həddindən artıq çox olub:
“Bayram günlərində Lənkərana gələn turistlərin sayı adi günlərdən iki dəfə çox olub. Əsasən paytaxt Bakı və xarici ölkələrdən gələn qonaqlarımız üstünlük təşkil edir. Yeni il gecəsində turistlərə əyləncəli proqramlar və canlı musiqilər təqdim olunub. Qonaqların yaxşı istirahəti üçün hər cür şərait yaradılıb”.
Paytaxt Bakıdan gələn Elşən Həsənov bildirir ki, Lənkəranın havası, təbiəti, yeməkləri onların daha çox xoşuna gəlir: “Səs-küydən uzaq, sakit bir yer olaraq bu dəfə Lənkəran rayonunu seçdik. Buranın mətbəxini isə xüsusi vurğulamaq istəyirəm, yeməklərindən doymaq olmur”.
Turizm obyektlərinin sahibləri bildirirlər ki, qiymətlərdə elə də artım müşahidə olunmur. İmkana görə turistlərin daha bahalı hotellərdən başlayaraq kənd evlərinə qədər fərqli seçim variantları var.
Qeyd edək ki, Lənkəran şəhərində 2 nəfərlik ailə üçün bir günlük tətilin qiyməti təxminən 150 manatdan başlayır. Bura sadəcə, otaq və səhər yeməyi daxildir. Əyləncə üçün isə əlavə xərc tələb olunur.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI