01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Əl boyda vərəqin iki üzündə yetərincə faydalı informasiya olurdu.
Yaxşı yadımdadır, uşaqlıq və yeniyetməlik illərimi yaşadığım doğma Şəki şəhərində hər ilin son günü - dekabrın 31-də evimizin divarında asılmış bu divar təqviminin son vərəqi qalanda rəhmətlik anam yenicə aldığı növbəti ilin təqvimini evin böyük oğlu kimi mənə verərdi ki, köhnəni çıxart, bu yenisini onun yerinə tax.
Bu təqvimlərin dəmir tutqacında arxada iki uzun zolaq olurdu, onları divara bərkidilmiş karton lövhənin yarığına salıb qatlamaqla raharca dəyişmək olurdu. Sonra isə il boyu hər gün bir vərəqi cırılıb oxunurdu. Əl boyda vərəqin iki üzündə yetərincə faydalı informasiya olurdu.
Həmin təqvimlər müxtəlif mövzularda olardı, lakin bizim evdə həmişə klassik, başqa sözlə, bir temada, məsələn, qadınlar üçün yox, assorti, yəni hər şeydən bir az mövzulara həsr olunmuş təqvim olardı. Səhər kim ilk olaraq onun növbəti vərəqini səliqə ilə qoparıb oxuyurdusa, vərəqi təqvimin qarşısındakı stolun üstünə qoyardı ki, ailənin digər üzvləri də oradan götürüb oxuyardıq.
Bəzən onların ən maraqlılarını yığıb saxlayır, ya alboma yspışdırır, ya da süfrənin altında saxlayıb təkrar oxuyardıq. Mən ömrüm boyu qazandığım biliklərin bir hissəsini də kitablar, müəllimlər, radio-televiziya, qəzet-jurnallarla yanaşı bu əl boyda vərəqlərdən öyrənmişəm. İndi İnternetdə bundan milyon qat çox informasiya var, lakin həmin vərəqlərdən damcı-damcı topladığımız biliklərin yerini və təsirini, faydasını verə bilmir.
Əlqərəz...
■
ETİBAR ƏLİYEV. 30 dekabr 2023-cü il.