Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Rəssamlar İttifaqının sərgisi keçirildi.

Azərbaycan Rəssamlar İttifaqının sərgisi keçirildi.
30-12-2023, 23:33 353 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Ramilə Şamilovanın rəhbərliyi altında "LeRami" art studionun tələbələrinin iştirakı ilə "Nefertem" adlı qrup sərgisi keçirildi. Sərgi Muzey Mərkəzində baş tutdu. Sərgidə bir çox tanınmış şəxslər, xalq rəssamları da iştirak edirdi. Sərgidə 35 rəssamın 85 əsəri yer alırdı. Böyüklərlə yanaşı azyaşlı rəssamların da əsərləri nümayiş etdirildi. Əsərlərin ən böyüyü 2 metr, ən kiçiyi isə A5 ölçüdə yağlı boya və qrafika olmaqla dəyişirdi. Sərgi iştirakçılarından bir neçəsi haqqında qısa məlumatı öz dillərindən eşidək.

Bayramova Fəridə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Çox kiçik yaşlarından başlayıb rəsm çəkməyə. Rəssamlıq sənətinə böyük marağı nəticəsində gəlib. Müxtəlif mövzularda rəsm əsərləri çəksə də sərgiyə iki əsəri ilə qatılıb. "HİCRAN"  və "KİSYA"  adlı əsərləri sərgi iştirakçılarının böyük marağına səbəb olub.


Səbinə Quliyeva
Səbinə Quliyeva 1999-cu ildə Qırğızıstanda anadan olub. Uşaqlıq illərindən rəssamlığa böyük marağı olan Səbinə, mütəmadi olaraq qaralamalar edib və bununla valideynlərinin diqqətini cəlb edib. 

Bakalavr və magistr təhsillərini rəssamlıqdan fərqli bir sahədə, - marketinq üzrə alsa da ( Bakalavr: Azerbqucan Dovlet İqdisat Universiteti, Master: Marmara Universtesi), 2020-ci ildə gizli bacarıqlarıqlarını inkişaf etdirib, həm də bu sahədə özünü tapmaq qərarına gəlir. Səbinə "Lerami Art" studiyasının üzvü olur və böyük bir komanda tərkibində bacarıqlarını inkişaf etdirməyə başlayır. Bu yaşda rəssamlığa qayıtmasına baxmayaraq, Səbinə studiya rəhbəri Ramilə xanımın dəstəyi ilə qısa bir müddətdə rahatlıqla fikir və baxışlarını kətanda əks etdirə bilir. 

Səbinənin son işlərindən biri "Xalçalar üzərində narlar" kompozisiyasıdır. Burada rəssam zəngin Azərbaycan mədəniyyətini əks etdiyməyə çalışıb. Yağlı boya ilə işlənən əsərdə bolluq və bərəkət rəmzi olan nar təsvir olunub. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından miniatürlər də kompozisiyada öz yerini alıb.
Turan Aydınlı 

Salam. Mən Turan Aydınlı lap körpəlikdən rəsm çəkmək qabiliyyətim olub. Amma rəssamlıqla yalnız hobbi kimi məşğul olmuşam. Ramilə xanımın art studiosuna 2020-ci ilin yanvarında gəldim. İki rəsm çəkəndən sonra hiss elədim ki, mən bu sənətdən ayrıla bilməyəcəm. Hazırlaşıb Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ikinci təhsil kimi qəbul oldum. Bu il Akademiyanı bitirmişəm. Üç ildir ki, rəssamlığın sehrinə düşmüşəm və özümü kəşf eləmişəm. Hər insana həyatında bir dəfə olsa sınamağı tövsiyyə edirəm. Sizi inandıra bilərəm ki, İnsan bir dəfə fırçanı əlinə alırsa daha buraxmaq istəmir...Lamiyə Dəmirli

NEFERTEM sərgimizdə 3əsərim nümayiş etdirilmişdir.Uşaqlığımdan bəri həvəskarı olduğum J.KRovlinqin əsəri Harry Potter’den ilhamlanmışam.”Expekto Patronum” mənim üçün xüsusi mənası var”Qaranlıqdan qorxmamağı çünki içimizəki işıq bizi aydınladır”. Hedviq əsərimə gəldikdə Harry Potter seriyasında Harry'nin sihirli dünyasındakı ev heyvanı olan bir bayquşdur.Və Harry'nin ən yaxşı dostlarından biri kimi onun üçün simvolik bir əhəmiyyət daşıyır.Beləliklə bu əsəri çəkmək  qərarına gəldim,onun lələklərini öz təxəyyülümdə fərqli canlandırıb əlvan rəng çaralarından istifadə etdim.Bu əsərlər mənə həmin dünyanın bir parçası olduğumu hiss elətirdi.


NEFERTEM sərgimizdə bir neçə əsərim nümayiş etdirildi.İllərdir incəsənətə olan marağım meni heyatımın elə bir nöqtəsinə gətirdi ki,Pedaqoji Rəssam  təhsili aldım. Təhsilim həyatımda mühim rol oynadı,Öz əsərlərimi yaratmağa başladım və bu sahədə özümü kəşf etməyimə bu günki Sərgimizin təşkilatçısı, Müəlliməmiz Ramila xanımın rolu danılmazdır.Əsərlərimin hər birində dolğun rəng çalarlarından  və Yağlı boya texnikasından istifadə edilib.Sərgidə nümayiş etdirilən əsərlərimdə bir çox, Mənzərə,Peyzaj,Natürmort janrlarından istifadə etmişəm.Ümid edirəm bu sahə ölkəmizdə daha çox inkişaf edər və belə möhtəşəm Sərgilər çox təşkil edilər.

Ləman Bayramı



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI