Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri müzakirə olunub

Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri müzakirə olunub
30-12-2023, 17:27 167 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ













Dekabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Katsuya Vatanabe ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı səfir Katsuya Vatanabe etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.
Azərbaycanla Yaponiya arasında bir sıra istiqamətlərdə tarixi dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Bu çərçivədə yüksək səviyyəli ikitərəfli səfərlərin, siyasi məsləhətləşmələrin, iqtisadi komissiyanın işinin intensivləşməsinin əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında “yaşıl enerji”, nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.
Görüş zamanı, qarşı tərəfə Ermənistanın ölkəmizə qarşı təcavüzünün, qaçqın və məcburi köçkün probleminin, keçmiş münaqişənin tarixçəsi barədə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və 24 saatdan az bir müddətə həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər diqqətə çatdırılıb. Azərbaycanın Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu bildirilib.
Nazir səfirə ölkəmizdə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI