Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“SEHİRLİ İLMƏLƏRİN CAZİBƏSİ”

“SEHİRLİ İLMƏLƏRİN CAZİBƏSİ”
29-12-2023, 08:35 342 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ




Xalçaçı rəssam Gülnar Azayevanın fərdi sərgisi
Dekabrın 27-də Xaçmaz Xalça muzeyində  Xalçaçı rəssam Gülnar Azayevanın fərdi sərgisi keçirildi. 
Fərdi sərgi Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və Xalça muzey filialının təşkilatçılığı ilə həyata keçirilmişdir.
 Sərgi də müəllifin çəkdiyi rəsm əsərləri, xalça çeşniləri və toxuduğu xalçalar nümayiş olunurdu. Rəsmi hissəni muzeyin bələdçisi Dilarə Rustəmova açaraq qonaqları salamladı. Gülnar xanım haqqında qısa arayış verdikdən sonra qonaqlara söz verdi. 
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva  Gülnar Azayeva haqqında çox gözəl sözlər söylədi. Onu 1992-ci ildə Dəvəçi-Xaçmaz batalyonunun tərkibində 703 nömrəli Tərtər Hərbi Hissəsində döyüşməsi haqqında məlumat verdi. Xaçmaz Heydər Əliyev mərkəzinin direktoru Könül Əsgərova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Həmkarlar ittifaqının rəhbəri Qərib Umudov  və digər iştirakçılar xalça sənətinin inkişafından və bu sənətin yaşadılmasından danışdılar.
Sərgi Xalçaçı rəssam Gülnar Azayevanın ilk müəllif sərgisi idi. 
Müəllif əl işləri haqqında böyük həvəslə danışdı və bildirdi ki,hələ nə qədər işıq üzü görməyən işləri var.
Digər çıxış edənlər  Xaçmaz rayonu böyük və zəngin xalçaçılıq ənənələrinə malik olduğunu vurğuladılar. Uzun illər rayonda xalçaçılıq sexi fəaliyyət göstərmiş, burada dünya bazarına çıxarılan yüksək keyfiyyətə malik xalçalar toxunmuşdur. Bu xalçalar əsasən Quba-Şirvan xalçaçılıq qrupuna aid çeşnilər əsasında toxunmuşdur. Gülnar Azayevanın yaratdığı çeşnilər isə həm bölgəyə xas,  həm də ümumi milli ornamentlər və elementlər əsasında hazırlanmışdır.  Bu çeşnilər Xaçmaz rayonunun xalçaçılıq məktəbinin inkişafında yeni bir dövrün başlanğıcı ola bilər. Sərgidə nümayiş olunan, Gülnar Azayevanın öz çeşniləri əsasında toxuduğu xalça nümunələri bu inkişafın ilk mərhələsidir.
Sərginin açılış mərasimində rayonun ictimayyət nümayəndələri, "Azərxalça" ASC-nin Xaçmaz filialının əməkdaşları, mədəniyyət işçiləri, media nümayəndələri iştirak ediblər.
Sərgidə müəllifin toxuduğu 6 xalça, 1 sumağ, 2 qobilen və 20-dən artıq rəsm əsəri və eskizlər nümayiş olunub. 
Tədbirin sonunda sərgiyə baxış keçirilmişdi.
Sərgidən sonra xalçaçı rəssam Gülnar Azayeva ilə həmsöhbət olmaq fürsətini dəyərləndirdim.

Aslanın erkəyi,dişisi olmaz!

O da həmyaşıdları kimi şən,mənalı uşaqlıq keçirir. Anasının əlinin əməyi,gözünün nuru olan xalı,xalça üzərində oynayır. İlk ilmələrini anasının,özündən böyük bacılarının toxuduğu xalçalara atır. Beləcə başlayır rənglərlə,iplərlə,ilmə və çeşnilərlə tanışlığı. Əlindən və ürəyindən gələnləri köçürdü çəkdiyi rəsmlərdə,toxuduğu xalçalara,Gülnar xanım!
Haşiyə: Azayeva Gülnar Mövludşah qızı 1969-cu ildə Xaçmaz şəhərində anadan olmuşdu. İlk təhsilini Xaçmaz şəhər 5 nömrəli orta məktəbdə almış,daha sonra isə Xaçmaz şəhər 92 nömrəli Peşə məktəbində "Ticarət" fakültəsini bitirmişdir. 1991-92-ci illərdə Xaçmaz Qadınlar cəmiyyətinin sədri olmuş,ehtiyacı olan qadınlara dəstək olmağa çalışmışdır. Eyni zamanda Xalçaçılıqla məşğul olmuşdur. 
Qarabağ savaşı başladıqdan sonra o, da hadisələri öz gözü ilə görmək və əsgər qardaşlarımıza yardım etmək üçün Dəvəçi-Xaçmaz batalyonuna qoşularaq Qarabağa yola düşür. Gülnar kəşfiyyatçı kimi 703 saylı Tərtər hərbi hissəsində döyüşmüşdür. 
Döyüş yolu qısa və maraqlı olan Gülnar Azayeva Həcər,Nigar qeyrətli Azərbaycan xanımıdır.
 3 övladı,nəvələri var.
"Xalçaların mənə övlad qədər əzizdir! "- deyən Gülnar xanım "İpək yolu", "Gilənar" , "Sadə sıra buta", "Lalə dövrü","Bahar" adlı xalçaları təxəyyülünün məhsulu olduğunu söyləyir. Rəsm əsərlərində isə türkçülük öz əksini tapır.
Gülnar Azayevanı tanıdıqca,onu dinlədikcə sanki istirahət edirsən. İnsan ruhu dincəlir. Düşünürəm ki, belə tapıntıları qorumaq lazımdır.Çünki  onlar gənc nəsilə örnək,məktəbdir.
Söhbətimiz illər ayrıcında baş tutdu. Hər birinizi qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm.
Xoş arzularla...
Gülxar RƏHİMLİ,
Xaçmaz.

VETENİM-AZERBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI