Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Dünən Leyla Abdullayeva əsassız olaraq Fransa XİN-ə dəvət edilib”

“Dünən Leyla Abdullayeva əsassız olaraq Fransa XİN-ə dəvət edilib”
28-12-2023, 18:20 119 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ




“Fransanın Azərbaycandakı Səfirliyinin iki diplomatı “persona non grata” elan edilib. Bundan 2 gün əvvəl Fransa Səfirliyinə nota göndərilib, onlar barəsində ciddi faktların olduğu və ciddi araşdırma aparılmasının zərurəti bildirilib”.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, lakin Fransa Səfirliyi bunu inkar edib. Nəticədə səfir dəvət edilib və Azərbaycan ərazisində qanunsuz işlərlə məşğul olan şəxslərlə bağlı səfirə etiraz edilib, onların “persona non grata” elan edilmələri barədə məlumat verilib: “Dünən heç bir əsas gətirilmədən, dəlilsiz olaraq Leyla Abdullayeva Fransa XİN-ə dəvət edilib və qarşılıqlılıq prinsipi əsasında bizim iki diplomatımızın arzuolunmaz şəxs elan olunması bildirilib. Bizim və Fransanın addımları arasında fərq var. Biz dəlillərlə danışırıq və açıq araşdırmanın aparılmasını təklif etdik”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI