Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Otuz il düşmən tapdağında qalan Füzuli torpaqlarından indi ətrafa çal-çağır sədası yayılır

Otuz il düşmən tapdağında qalan Füzuli torpaqlarından indi ətrafa çal-çağır sədası yayılır
28-12-2023, 07:27 133 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ











Sonuncu dəfə 1991-ci ilin 31 dekabr tarixini öz doğma yurdlarında qeyd etdikdən sonra doğma yurdlarından məcburi köçkün düşdülər. Nə az-nə çox, 30 ilə yaxın doğma yurdlarına qovuşmağı gözlədilər. Vətən həsrəti uzun çəksə də, ümidləri ölmədi, inamla yaşadılar öz yurdlarına qayıtmaq üçün. Nəhayət, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, torpaqlarımızı yağı düşməndən azad etdi. İndi yurd yerlərimizdə geniş tikinti-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər mərhələ-mərhələ dədə-baba torpaqlarına qayıdırlar. Onlar uzun illərdir ayrı düşdükləri doğma torpaqlarında indi xoşbəxt günlərini yaşayırlar.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, erməni işğalı zamanı daşı-daş üstə qalmayan, xarabalığa çevrilən Füzuli yenidən dirçəlir – binalar, evlər tikilir, infrastruktur yaradılır, yaşıllıqlar, istirahət zonaları salınır. İndi Füzulidə 380 ailə olmaqla, 1392 sakin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili doğma yurdunda qarşılamağa hazırlaşır.
Bu gün Füzulidə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən bayram konserti böyük coşqu ilə qarşılanıb. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə gerçəkləşən konsert tədbirində Prezidentin Xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarə Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri qazilər, məktəb kollektivi, Füzuli sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.
Çıxış edən Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov işğaldan azad olunan ərazilərdə həyatın yenidən qaynamasından, Füzulidə aparılan tikinti-quruculuq işlərindən danışıb. O, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd edildiyi 2023-cü ilin əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev azərbaycanlıların birliyini daha da gücləndirməyin əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. İndi Azərbaycan xalqı bu bayramı tarixi Zəfərdən sonra qalib xalq kimi qeyd edir.
Diqqətə çatdırılıb ki, 2023-cü il həm də Füzuliyə qayıdışın başlanması kimi yaddaşlara həkk olub. İndi Füzulidə həyat yenidən canlanır, sakinlər bayramları öz doğma yurdlarında qarşılayırlar.
Çıxışlardan sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr edilən konsert proqramı olub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının ifaları və rəqsləri nümayiş olunub, tanınmış müğənnilər və rəqqaslar çıxış ediblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI