Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın müstəqil xarici siyasəti Fransanın bütün planlarını alt-üst edib ŞƏRH

Azərbaycanın müstəqil xarici siyasəti Fransanın bütün planlarını alt-üst edib ŞƏRH
27-12-2023, 11:04 146 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın Xarici İşlər Nazirliyinin Fransa səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” elan etməsi bir daha göstərir ki, Fransanın uğursuz xarici siyasəti nəticə etibarilə ancaq özünə düşmən qazandırır. Dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib. Bununla yanaşı, Cənubi Qafqazda regional gücə çevrilən Azərbaycanın müstəqil xarici siyasəti bu dövlətin bütün planlarını alt-üst edib. Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarına, necə deyərlər, “çomaq soxub”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Fransanın agentura şəbəkəsinin ifşasının Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində baş verdiyini vurğulayan deputat əlavə edib: “Xatırlatmaq yerinə düşər ki, Qərb mediası Prezident Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib. Fransa hazırda demək olar ki, hər bir cəhətdən Azərbaycanın qarşısında məyusluq hissi yaşayır. Çünki siyasi meydanda da Prezident İlham Əliyev Fransa liderini məğlub etməyi bacarıb. Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT səviyyəsində, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri cavabsız və nəticəsiz qalıb. Bu baxımdan biz diplomatik yolla da bu dövləti proseslərdən kənarda tuta bilmişik. Əslində, bundan bir növ Ermənistan nəticə çıxarmalıdır. Çünki onun havadarı olan Fransanın beynəlxalq hüquqazidd əməllərinin ifşa olunması gələcək üçün yaxşı heç nə vəd etmir”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI