Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AXCP-nin siyasi acizliyi bir daha aşkara çıxdı

AXCP-nin siyasi acizliyi bir daha aşkara çıxdı
26-12-2023, 08:29 215 dəfə baxılıb

AXCP-nin siyasi acizliyi bir daha aşkara çıxdı


Məlum olduğu kimi, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Dövlət başçısının Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladığı vaxtdan bu günə qədər seçki prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində və Seçki Məcəlləsinin bütün müddəalarına əməl etmək şərti ilə tam şəffaf, demokratik davam etməkdədir.
Növbədənkənar Prezident seçkilərinə start verilməsi ilə ölkənin ictimai-siyasi həyatında bir canlanma müşahidə olunmaqdadır. Artıq seçkidə iştirak etmək istəyən siyasi qüvvələr, birliklər və müstəqil şəxslər seçkiyə hazırlaşır. Hətta bir çoxları namizədliklərini irəli sürməklə bağlı Dairə Seçki Komissiyalarına müraciət ediblər. Təsadüfi deyil ki, artıq 7 nəfərin namizədliyi qeydə alınıb, 8 namizədin təsdiq olunması üçün işlər aparılır.
Təəssüflər olsun ki, AXCP yenə də ənənəvi adətlərinə sadiq qalaraq seçkiləri qərəzli şəkildə “boykot” etməsi ilə siyasi acizliyinin və məğlubiyyətinin növbəti etirafını etdi. Açıq rəqabətdən qaçan dağıdıcı müxalifət düşərgəsi seçkiləri boykot etməklə ən asan yolu seçirlər. Çünki seçkiyə qatılacaqları təqdirdə xalqdan səs ala bilməyib fiaskoya uğrayacaqlar. Ona görə də seçkidən qaçmaq üçün boykot üsulundan istifadə edirlər. Bununla seçkilərin şəffaflığına kölgə salmağa çalışırlar. Bunun adı qorxaqlıqdır. İllərdir fəaliyyət göstərdiklərinə baxmayaraq 5 min üzv toplamaqda böyük çətinlik çəkən və ötən illər ərzində bütün etibarını itirmiş radikal siyasi qüvvələr öz zəifliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. AXCP seçkinin guya demokratik olmayacağını bəhanə edib, daha çox boykot taktikasına meyillənməsinin bir adı var - uğursuzluğunu bu taktika ilə ört-basdır etmək. Ancaq ilk olaraq onu qeyd etmək lazımdır ki, hansısa siyasi qüvvə özünü ölkənin aparıcı qüvvəsi hesab edirsə, deməli, həmin qüvvənin ictimai-siyasi proseslərə yetərincə təsiretmə imkanına malik olmalıdır. Lakin bu gün Azərbaycanda uzun illərdir ki, real ictimai-siyasi proseslərə təsir gücünə malik yeganə siyasi qüvvə varsa, o da hakim Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan müxalifəti uzun illərdir ki, ölkədəki ictimai-siyasi proseslərə təsir imkan və mexanizmlərini itiriblər. Bunun da əsas səbəbi müxalifət düşərgəsinin düzgün taktika seçib mübarizə apara bilməməsidir. Adamlar 30 ildir ki, nə danışırdılarsa, yenə də onu təkrarlayırlar. Dünyada və ölkədə baş verən dəyişikliklərin bu insanlara heç bir aidiyyatı yoxdur. İnsanlar nəinki, danışıqlarında, hətta düşüncələrində dəyişiklik edə bilməyiblər. Sadəcə olaraq, qaraya qara, ağa da qara demək yolunu gedirlər.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı 2024-cü il il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək və öz layiqli prezidentini seçəcək.


Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI