Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək
16-12-2023, 18:36 103 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarın verilməsi mühüm və tarixi hadisədir. Nəzərə alsaq ki, belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsi yekdil qərarla təsdiqlənib və Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib, bu, COP29-u dünya ölkələri üçün cəlbedici edir. 
Adətən beynəlxalq əhəmiyyətli tədbirlər o ölkələrdə keçirilir ki, həmin dövlətlər təhlükəsizlik baxımından daha sağlam və insanların həyatı üçün güvənlidir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə suverenliyinə təhdid yaradan separatizmin kökünü kəsdi. Bəzi dairələrin qarayaxma kampaniyasına baxmayaraq, dünya ictimaiyyətinin böyük hissəsi beynəlxalq hüququn yanında oldu. Bu səbəbdən də anti-Azərbaycan təbliğatının ruporlarından olan Fransanın bütün cəhdləri fiaskoya uğradı. 
Bu sözləri açıqlamasında politoloq Tural Əliyev söyləyib.

BMT-nin iqlim dəyişikliyi ilə bağlı tədbirlərinə marağın il-ildən artdığını deyən politoloq COP28 –də 100-dən çox ölkənin dövlət və hökumət başçısının, 80 mindən çox qonağın iştirak etdiyini vurğulayaraq bildirib: “Belə mühüm beynəlxalq tədbirə Azərbaycanın da ev sahibliyi edəcəyi həm sevindirici, həm də qürurvericidir. Konfrans zamanı dünyanın diqqəti iki həftə ərzində Bakıya yönələcək. Tədbirin qonaqları Azərbaycanda gedən prosesləri əyani olaraq görmək imkanına malik olacaqlar. Bu da dövlətimizin nüfuzunu daha da artıracaq. Ümid edirik ki, ölkəmizə gələn qonaqların əksəriyyəti işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaq və müharibədən sonra Qarabağla bağlı əsl həqiqətləri Azərbaycanda eşidəcəklər”.
Politoloq diqqətə çatdırıb ki, irimiqyaslı tədbirlərin keçirilməsi məsuliyyətli bir iş olmaqla bərabər, Azərbaycanın nüfuzunun artmasına da töhfə verəcək. Son 4 il ərzində ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi dövlətimizin böyük etimad qazanmasını şərtləndirib. Yüzdən çox ölkənin etimadını qazanmaq indiki dünya şərtləri çərçivəsində çox çətindir. Bunun üçün xarici siyasət ölçülüb-biçilməli, münasibətlərdə balans və tarazlıq qorunmalıdır. Azərbaycan da strateji layihələrin hazırlanmasında və icrasında artıq öz dəst-xəti ilə xeyli uğurlara imza atıb. 
“COP29 gələcəyə hesablanmış gedişat kimi böyük əhəmiyyətə malikdir. Ölkəmiz neft-qaz ixracatçısı kimi tanınsa da, hazırda yaşıl enerji növlərinin yaradılması və gələcəkdə dünya bazarlarına nəql olunması sahəsində də işlər görür. Bərpaolunan enerji mənbələrinə investisiya cəlb etmək, “təmiz enerji”yə keçid prosesini daha da irəli aparmaq Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. COP29-u cəlbedici edən məsələlərdən biri də ölkəmizin gələcək inkişaf konsepsiyasının təqdim edilməsi üçün vacib platforma olmasıdır. Bununla da tədbir vasitəsilə siyasi uğurlara daha biri əlavə olunacaq, gələcəyə baxışlarımız formalaşdırılacaq. 
Real dünyanın bir parçasına çevrilmək, müasir, siyasi və iqtisadi tendensiyalara paralel şəkildə cavab vermək üçün zamanın tələbləri ilə ayaqlaşmaq əsas şərtdir. Bu baxımdan da COP29 tədbiri çərçivəsində Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol bir daha təsdiqlənəcək, iqlim dəyişikliyinə dair öhdəliklər nəzərdən keçiriləcək, bəşəriyyətə təhdid yaradan faktorların aradan qaldırılması istiqamətində proqramlar tərtib olunacaq”, - deyə o vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI