Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Baş nazirin müavini: “İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir”

Baş nazirin müavini: “İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir”
15-12-2023, 11:25 187 dəfə baxılıb

 

VETENİM-AZERBAYCANDIR.AZ

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bəyan edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir.

VETENİM-AZERBAYCANDIR.AZ -ın xəbərinə görə, o, bu barədə dekabrın 15-də partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında danışıb.

“Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək”, - Ə.Əhmədov bildirib.
Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycan dünyanın ən hörmətli dövlətlərindən biridir:
“Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin fəaliyyəti haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqı bu gün görülən işlərin şahididir. Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI