Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Parlament “Formula-1”ə görə vergi güzəştlərinin müddətinin uzadılmasına dair layihəni qəbul etdi

Parlament “Formula-1”ə görə vergi güzəştlərinin müddətinin uzadılmasına dair layihəni qəbul etdi
5-12-2023, 13:58 128 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 
“Formula-1” yarışına görə vergi güzəştlərinin müddəti daha üç il uzadılır.
VETENİM-AZERBAYCANDIR.AZ xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən “Formula-1” və “Formula-2” yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.
Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il müddətinə nəzərdə tutulub.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI