Xankəndi şəhərində çəkilən görüntülərdə Qarabağda işğaldan öncəki təhsil ənənələri, tarixi məqamlar haqqında məlumat verilib.
Reportajda, həmçinin Qarabağ Universitetinin yaradılacağı binadan görüntülər də yer alıb. Qeyd edilib ki, təhsil olacağı 1969-cu ildə Azərbaycan Pedaqoji Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1973-cü ildə isə müstəqil təhsil müəssisəsinə çevrilib.
1991-ci ildə isə Xankəndi işğal olunduqdan sonra universitet separatçı rejimin nəzarətinə keçmişdi. İndi Qarabağ Universiteti azərbaycanlı müəllim və tələbələri qarşılamağa hazırdır.
AzTV-nin lentə aldığı görüntüləri təqdim edirik: