Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qələbələr, paradlar unudulan deyil, tarixə qızıl hərflərlə yazılıb - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Qələbələr, paradlar unudulan deyil, tarixə qızıl hərflərlə yazılıb - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
4-12-2023, 14:59 119 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradını xalqımız uzun illər xatırlayacaq, çünki torpaqlarımızın işğaldan azad olunmasının qeyd edilməsi və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi bu parad qürurverici olduğu qədər də möhtəşəm idi”. Bu sözləri 

VETENİM-AZERBAYCANDIR.AZ

xəbər verir ki, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, düşmən üzərində tarixi qələbədən sonra əsgər və zabitlərimiz böyük qürur hissi ilə, mətanətlə, iri addımlarla addımlayırdılar və bu addımlar sanki bizə deyirdi ki, Azərbaycanın suverenliyinin tam bərpa olunması uzaqda deyil, az bir müddətdən sonra Azərbaycan Ordusu, igid oğlanlarımız Xankəndini, Xocalını, Ağdərəni düşməndən tamamilə azad edəcək, Qarabağ torpağında separatizmə son qoyacaqdır.
“Əlbəttə ki, paradı seyr edən hər bir kəsin, Azərbaycan Respublikasının Prezidentinə, qardaş Türkiyə Prezidentinə böyük etiramını, hörmətini ifadə edənlərin hər birinin qəlblərində gələcəyə böyük ümid qığılcımları parlayırdı. Bu, təbiidir, çünki 2020-ci ilin sentyabrında qazanılan qələbə ordumuzun müzəffər yürüşü, 44 günlük müharibə və bu dövrdə ordumuzun qüdrəti, Ali Baş Komandanın cəsarəti deməyə əsas verirdi ki, o torpaqlarda yağı qala bilməz, Qarabağ torpağı düşmənə yurd-yuva ola bilməz və belə də oldu.
Bu gün bizim hər birimiz 10 dekabr 2020-ci ilin o möhtəşəm günlərini xatırlayarkən bir daha şəhidlərimizi yad edirik, onların ruhuna dualar oxuyuruq, müharibədə fiziki sağlamlığını itirən qazilərə can sağlığı arzulayırıq. 44 günlük müharibə və müharibədə qazanılan qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət sülhə, əmin-amanlığa söykənir, beynəlxalq normalara əsaslanır və Azərbaycan xalqı mübarizdir, öz torpaqlarını qorumağa, düşməni məhv etməyə qadirdir. Həmin paradın notları sonradan Xankəndində təkrarlandı və Azəbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 8 noyabr tarixində Xankəndidə Azərbaycan bayrağını ucaltdı və biz ikinci möhtəşəm paradın şahidi olduq. Əlbəttə, bu Azərbaycanın böyük qələbəsi idi. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, Azərbaycan xalqı dünyaya yeni bir mesaj verirdi və bildirirdi ki, Azərbaycanla diqtə ilə, təhdid dili ilə danışmaq olmaz. Bu xalqın iradəsini qırmaq olmaz, çünki o haqq, ədalət uğrunda mübarizə aparır, torpaqlarını qoruyur, sərhədlərini möhkəmləndirir.
Sözsüz ki, hər iki parad unudulmaz bir tarixdir. Gələcək nəsillər bu tarixi vərəqləyəcək və Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, xalqımızın zəfər yürüşlərini, qələbələrini yad etdikcə, öyrəndikcə, gələcəyimiz uğrunda mübarizədə daha mətin addımlarla irəliləyəcəklər. Bu zəfər bizim qəlbimizdə əbədi yurd salıb. O paradlar, o qələbələr heç zaman unudulan deyil və Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb”, deyə Tahir Rzayev bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI