Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir”

Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir”
2-12-2023, 18:45 109 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Bu gün narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir”.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi, “Liatris Holding”in təşkilatçılığı ilə keçirilən “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə deyib. 

“Narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, cəmiyyətin problemidir. Buna qalib gəlmək üçün mübarizə proqramları təşkil etmək və birgə fəaliyyət göstərmək lazımdır. Məsələn, mental sağlamlığı gücləndirmək lazımdır. Bundan əlavə bu mübarizədə bütün təşkilatların və fərdlərin birgə çalışması vacibdir. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün birgə çalışmalıyıq. Ən əsası bu fəaliyyətdə vətəndaş dövlət həmrəyliyini qorumalıyıq”. 
K. Zeynalov qeyd edib ki, Baş Prokuroqluq narkomaniya və zorakılıqla mübarizədə əhəmiyyətli rola malikdir və bu yöndə qətiyyətli addımlar atır. Böyük prokuror Zeynalov çıxışının sonunda sözügedən hallarla bağlı vətəndaşlara müraciət edib:
“Hər bir şəxsdən xahiş edilir ki, bu cür hallarla qarşılaşdıqda mütləq dövlət qurumlarına müraciət etsinlər. Demək olar hər bir şəxsin sosial şəbəkə hesabı var. Həmçinin bütün qurumların sosial şəbəkə səhifəsi var. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyatı qurumlara çatdıra bilərlər”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI