Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ANA kimi yar, Vətən Kimi diyar olmaz !!

ANA kimi yar, Vətən Kimi diyar olmaz !!
27-11-2023, 10:29 223 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

NUR  İÇİNDƏ  UYUSUN...
           ANA kimi yar, Vətən 
             Kimi diyar olmaz !!!
Aləmlərin əfəndisi olan Hz.Muhamməd Mustafa(s.a.s) hadisi şəriflərində "Cənnət Anaların ayağları altındadır" buyurmuşlar.. Bu ANAlardan biri də  əzizimiz  Kamran müəllimin nur üzlü ANAsı Məleykə xanım idi. Bu gün MƏLEYKƏ xanımın  anım günüdür. Məğrur, mətin, bütün əzab- əziyyətlərə tab gətirən ANAlardan olub Məkeykə ANA. Qarabağın İşğaldan azad olan cənnət məkanı  Qubadlıdan Sumqayıta pənah gətirən, keşməkeşli həyatı səbrlə, təmkinlə qarşılayıb, ağılla-anlayışla, Allahın yazdığı alın yazısına boyun əyən Məleykə xanımın qismətinə də belə yazılıbmış. Qubadlı artıq yağılardan azad olunub.. Heyf ki, Məleykə ANA və ömür-gün yoldaşı Əliş dayı bu günləri görmədi. Amma.. Şükürlər olsun Tanrıya, Yurdunda işığını yandıran dəyərli övladları var..  inşAllah Qubadlıda tezliklə Ocağı başına yığışıb Valideyinlərinin  ruhunu şad edərlər. Məleykə xanım  Dinimizə  etiqadı, saflığı, dürüstlüyü ilə onu tanıyanların qəlbində daima  yaşayacaqdır. Nur üzlü ANASI haqqında fəxrlə, qürurla danışan Kamran müəllimin dərdinə  şərikik. Sevənlərinin gözlərində Məleykə xanımın daima əksi canlanacaq, xatirəsi qəlbimizdə, nəsihətli səsi qulağımızda səslənəcək.
Vətənim Azerbaycandır.az informasiya agentliyinin kollektivi Məleykə xanımın anım günü münasibətilə portalın Baş redaktoru dəyərlimiz Kamran müəllimə və əzizlərinə Allahdan dözm, səbr diləyirik. Yaxınları, əziz  dostları ilə birlikdə Kamran müəllimin və dəyərli qardaş- bacılarının dərdlərinə şərikik. Dərin hüznlə baş sağlığı veririk. Valideyinlərinin məkanları cənnət, Ruhları şad olsun. Nur içində uyusunlar.
 ALLAH  RƏHMƏT  ELƏSİN !
Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: 
                     Naile Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI