Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

18:32 - İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB

18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

15:12 - BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB

Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayıb

Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayıb
23-11-2023, 08:45 86 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 93 nəfərin köçü başlayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Qeyd edək ki, noyabrın 20-də Zabuxa daha 25 ailə - 91 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI