Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ankarada Azərbaycan və Türkiyə sahibkarlıq fəaliyyəti ilə bağlı forum-sərgi keçirilib

Ankarada Azərbaycan və Türkiyə sahibkarlıq fəaliyyəti ilə bağlı forum-sərgi keçirilib
22-11-2023, 21:11 103 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ankarada noyabrın 22-də azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.

VETENİM-AZERBAYCANDIR.AZ Ankara bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyənin 100 illiyinə həsr olunan tədbir Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütşəkkil Sənaye Zonasının (ÖSB) ev sahibliyilə baş tutub.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütəşəkkil Sənaye Zonası idarə heyətinin sədri Orhan Aydın, Ankara Ticarət Palatası Şurasının sədri Mustafa Deryal, Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Ahmet Serdar İbrahimcioğlu, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Sənaye və Texnologiya nazirinin müavini Oruç Baba İnanç, Ankara millət vəkili Zeynəb Yıldız, OSTİM Texniki Universitetinin rektoru Murat Yülek iştirak ediblər.
Açılış çıxışlarından sonra Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının İdarə Heyətinin üzvü Şirin Səfərovun moderatorluğu ilə “Türkiyə - Azərbaycan iqtisadi münasibətlərdə kobilərin rolu” adlı panel keçirilib.
Paneldən sonra Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova “Report”a açıqlamasında bildirib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyənin kobi subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir: “Bildiyimiz kimi iki ölkənin rəhbərləri ticarət əlaqələrimizin genişləndirilməsinə önəm verir. Biz də düşünürük ki, davamlı xarakter daşıyacaq bu layihəmizlə iqtisadiyatımızın inkişafına bacardığımız dəstəyi verə bilərik. Tədbirlərimiz Türkiyənin başqa şəhərlərində də davam etdiriləcək”.

KOBSKA-nın üzvlərlə iş üzrə departament müdiri Ədalət Şahbazov deyib ki, tədbirdə Azərbaycandan 30 şirkət iştirak edir, bu ilin iyul ayında isə İstanbulda eyni formatlı layihə keçirilib və Azərbaycanın 60-dan çox şirkəti qatılıb: “Daha məhsuldar əməkdaşlığı təşkil etmək üçün şirkətlərarası ikitərəfli görüşlər də keçirilir”.

OSTİM ÖSB-nin Xarici Əlaqələr üzrə Koordinatoru Esma Akyüz “Report”a bildirib ki, Türkiyədən 300 iş adamının qatıldığı bu tədbirdə qarşılıqlı əməkdaşlığın təşkili üçün yaxın zamanda türkiyəli sahibkarların da Azərbaycana səfəri təşkil ediləcək.

Qeyd edək ki, tədbir çərçivəsində təşkil olunan sərgidə kənd təsərrüfatı, İKT, tikinti-inşaat, xidmət, daşınmaz əmlak, turizm-hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam-poliqrafiya, yükdaşıma-logistika sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI