Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Seyid Abbas Musəvinin paylaşdığı tvit sosial şəbəkələrdə müzakirə doğurub.

Seyid Abbas Musəvinin paylaşdığı tvit sosial şəbəkələrdə müzakirə doğurub.
15-11-2023, 16:26 150 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin paylaşdığı tvit sosial şəbəkələrdə müzakirə doğurub.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Abbas Musəvi Qarabağın azad olunması ilə bağlı bunları qeyd edib:

“İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb.
Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır”.
Qeyd edək ki, Abbas Musəvinin bu mövqeyi və məhz indi Qarabağdan yazması təsadüfi deyil. Belə ki, 11 noyabr tarixində İranın Ermənistandakı səfiri Mehdi Sübhani “SivilNet”ə müsahibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına qoyan açıqlama ilə çıxış etmişdi. O bildirmişdi: “Biz beynəlxalq hüquqa və BMT normalarına uyğun olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır. Hesab edirik ki, Qarabağ xalqının (? – red.) və Qarabağ xalqının hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır.
Qarabağ böhranı başlayanda və qarabağlılar Ermənistana gələndə bir qrup qaçqın Qafana yerləşmişdi, mən gedib onlardan niyə ərazini tərk etdiklərini soruşdum, dedilər ki, həyatları təhlükədə idi. Başqalarını öz vətəndaşı adlandıran ölkə şərait yaratmalıdır ki, bu insanlar özlərini təhlükəsiz hiss etsinlər, bu ərazini, bu torpağı tərk etməsinlər. Biz “Qarabağ xalqı”nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq”.
Mehdi Sübhaninin bu təxribatçı, qeyri-etik və beynəlxalq hüquqa deyil, erməniyanlılığa söykənən açıqlaması Azərbaycan XİN-in kəskin etirazı ilə qarşılanmışdı və İrandan bunun qarşısının alınması üçün addımlar atılacağının gözlənildiyi bildirilmişdi.
İranın XİN-in Ermənistandakı səfiri haqda hər hansı açıqlaması indiyə qədər olmayıb. Görünür, İran XİN Abbas Musəvi səviyyəsində mövqeyini ifadə etməyi lazım bilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI