Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukraynalı jurnalist: Zəfər Günü hər zaman Azərbaycanın yanında olan Ukraynanın da bayramıdır

Ukraynalı jurnalist: Zəfər Günü hər zaman Azərbaycanın yanında olan Ukraynanın da bayramıdır
6-11-2023, 09:15 188 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycanın 44 günlük müharibə nəticəsində qazandığı Qələbəsi ədalətin və beynəlxalq hüququn təntənəsidir. Hesab edirəm ki, bu, təkcə Azərbaycanın deyil, həm də hər zaman Azərbaycanın yanında olan Ukraynanın bayramıdır. Bu, beynəlxalq ictimaiyyət üçün, xüsusən də beynəlxalq hüququn normalarına və dövlətlərin suverenliyinə, humanizm dəyərlərinə hörmət etməyin nə qədər vacib olduğunu dərk edən hər bir insan, xalq üçün bayramdır.
Bu sözləri  açıqlamasında ukraynalı jurnalist Marına Qonçaruk söyləyib.
Azərbaycanın 44 günlük müharibədə nəticəsində qazandığı Qələbənin ildönümünü qeyd etdiyini vurğulayan jurnalist deyib: “Biz Azərbaycan üçün özümüzü xoşbəxt hiss edirik, hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanın suverenliyinin bərpasına ürəkdən sevinirik. Azərbaycanda baş verən hadisələri, Qarabağın necə bərpa olunduğunu, bu ərazilərin necə yenidən tikildiyini, orada həyatın necə yaxşılaşdığını diqqətlə izləyirik. Oraya mədəni-ədəbi həyat qayıdır və təbii ki, bütün bunlar Ukrayna-Azərbaycan münasibətlərində özünü göstərir”. 
Şuşa Şəhəri Gününü özləri üçün mühüm bayram hesab edən ukraynalı jurnalist bildirib: “Şuşa mədəniyyət paytaxtı kimi dünyaya Ukrayna-Azərbaycan münasibətlərində də mühüm rol oynamış görkəmli mədəniyyət, incəsənət, diplomatiya xadimləri bəxş etmişdir. Ukraynada şuşalıların Ukrayna-Azərbaycan münasibətlərinə verdiyi töhfəni xatırlayır və yüksək qiymətləndirirlər”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI