Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

44 günlük Zəfər yolu keçən qəhrəman qazilərimiz

44 günlük Zəfər yolu keçən qəhrəman qazilərimiz
5-11-2023, 07:44 287 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
2020-ci ilin Sentyabr ayı.. Məhz bu tarixdən etibarən qələmin yazı üslubu, mövzusu və detalları  yalnız bir istiqamətə - Zəfərə, qayibiyyətə köklənmiş oldu. Bütün fikirlərimiz, 44 gün və bu 44 günün bizə bəxş etdiyi möhtəşəm qələbəyə yönəldi. 
Otuz illik əsarət, otuz illik iztirab, otuz illik məşəqqət xalq olaraq bizi olduqca üzgün bir hala gətirmişdi. Lakin hər şeyin bir sonu, hər səbrin bir tükənmə nöqtəsi vardır. Azərbaycan xalqının da səbrinin sonu həmən bu tarixə təsadüf etdi.
Bir zaman tarix dərslərindən qiymət almaq üçün mücadilə aparan ölkə gəncləri tarix yazmaq üçün Qarabağa, Şuşaya, Xankəndinə və digər əbədi və əzəli torpağlarımıza səfərə çıxaraq yeni hərb tariximizin binövrəsini qoydular. Bu gün sizə həmən bu tarixin canlı şahidlərindən biri, cəngavər Azərbaycan oğlu Sultanov Ziyadxan Arif oğlundan bəhs etmək istəyirəm. Biz hər birimiz Ziyadxanı və onun kimi Vətən mücahidi olan qazi qardaşlarımızı tanımalı və onları nəinki ölkəmizdə hətta ölkə hüdudlarından kənarda da tanıtdırmalıyıq. İgid qardaşımız Ziyadxan Sultanov  16.11.1997 ci ilde Abseron rayon Mehdiabad qəsəbəsində  dünyaya göz açmışdır. 2004- cü ildə Mehdiabad qəsəbə  1 saylı orta məktəbində  təhsil  almışdır. Ziyadxan həmdə  Mehdiabad musiqi məktəbində  skripka musiqi aleti uzre təhsil alır. Və musiqiyə olan marağı onu rayon uzrə keciriləm konsertlərdə, tədbirlərdə yüksək pilləyə çıxardır və dəfələrlə  mükafatlandırılır.  Qazi qardaşımızda vətənpərvərlik hissləri hələ uşaqlıqdan baş qaldırmışdı. O, qorxmaz və cəsarətli idi. Bu onun uzun müddət  güləş idman növü ilə məsgul olmasından da qaynaqlanırdı. Dəfələrlə  rayon birincisi və.s mukafatların qalibi olmuşdur. 2015 - ci ildə məktəbi bitirən qardaşımız  qardaş Turkiyə Dumlupınar Universitetinin Kamu yonetimi Fakultesine qəbul olur.  Daxilindəki Vətən eşqi onu oxuduğu universiteti donrurub Bakı şəhərinə gəlməyə və   əsgəri xidmətə getməyə ruhlandırır. O hərbi xidmətə olduğu müddətdə Kəşfiyatcı Manqa Komandiri vəzifəsini icra edir. 2018 - ci ildə əsgəri xidmətini başa vurur. 2020-ci ilin  iyul hadisələri zamanı  könüllü orduya yazılır  lakin cagiriş olmadığından Bakı şəhərində qalır. Ziyadxan yenidən öz yarım qalmış təhsilini davam etdirmək üçün  Turkiyəyə dönmək iqtidarında ikən 2020-ci il sentyabr ayinin 21- i yenidən səgərbərlik uzrə çağırışa  səs verir və ön cəbhəyə yollanır. N saylı hərbi hissənin kəsfiyyat bölüyü manqa komandirliyi vəzifəsi ilə haqq savaşına qoşulur. Sentyabr ayının  27-si doyuslərə qoşulan Ziyadxan  Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə fəal istirak edir. Fizuli istiqamətində gedən qızğın döyüşlər  zamanı mənfur düşmənin istiqamətləndirdiyi  mərminin partlaması nəticəsində sağ ayağından travma alır. Özünə gələn Ziyadxan yenidən yüksək əzmlə, iradə ilə döyüşlərə davam edir və  Xocavənd istiqamətində hücum zamanı Ural markalı avtomobilin  düsmən tərəfindən  partladılması nəticəsində ağır yaralanır. Doqquz kəsfiyat masınından biri movqeye cata bilir, səkkizi   isə dusmən tərefinden siradan çıxarılır. Ziyadxan düz üç gün  yaralı vəziyətdə neytral zonada qalır, olmazın ağrı və çətinliklə qarşı-qarşıya olur. Öz iradəsi, əzmi, Vətən yanğısı, igidimizin fiziki sağlamlığı  ona güç, yaşam stimulu verir. Üç  gün  sonra rəşadətli ordumuz tərəfindən düşmənin mövqeləri həmən ərazilər darmadağın edilir ve Ziyadxan yaralı vəziyyətdə həmən ərazidən  çıxarılır. Onu qospitala göndərmək istəsələr də özü buna etiraz edir və arxa cəbhəfə qalır, yardımlar göstərildikdən və özünə gəldikdən sonra yeniden öz xahişi ilə ön  cəbhəyə getmək istəyini komandirinə bəlli edir və onun təkidi ilə Ziyadxanı ön cəbhəyə  yola salırlar. Noyabr ayının  dördünə  kimi gərgin  döyüşlərdə iştirak edir ve növbəti hücum zamanı minamyotun partlaması nəticəsində kəllə  beyin travmasi  alır  və səhəti ağırlaşır. Onu  Fizuli Rayon Mərkəzi  Xəstəxanasına  gətirirlər və bir  gün  orda qaldıqdan sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına gətirilir. Üç gün  sonra Papanin Hərbi Hospitalına ordan isə Əsəb Dispanserinə aparılır və mualicə aldıqdan  sonra yaşadığı ünvana göndərilir. Ziyadxan qayıtdığında Müharibə dəhşətinə "Dəmir yumruq" əməliyyatının  44-cü günündə son qoyulmuş, zəfərə nail olunmuşdu. Şübhəsiz ki, qürurlu idi qardaşımız, sağlamlığı bahasına əldə olunan qələbəmizin şirinliyini yaşayırdı. Vətən qazisi olan qardaşımız  üçüncü  qrup əlildir.  Nə yaxşı ki, Ziyadxan kimi qazilərimiz dövlətimizin diqqətindədir. Bunun bariz sübutu idiki o, ölkə başçımız Cənab Ali Baş Komandanımız tərəfindən müvafiq sərəncamlara uyğun olaraq Fizulinin və Xocavəndin alınmasına görə  Vətən  müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Prezident təqaüdçüsüdür. Mən hər dəfə belə qəhrəman qardaşlarımız haqqında yazarkən olmazın qürur, fəxarət hissi keçirirəm.Dəyərli qardaşım sizə yaradandan uzun, sağlam ömür yolu diləyirəm, sizlərin və müqəddəs Şəhidlərimizin sayəsində bu gün başı uca, alnı açıq, üzü ağ yaşayırıq. Haggınızda olan bütöv Azərbaycanın suyu, havası, çörəyi sizlərə halal olsun. Tanrı sizi qorusun!
Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI