Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dövlət Xidməti “Trendyol” ilə müzakirələr apardı - Foto

Dövlət Xidməti “Trendyol” ilə müzakirələr apardı - Foto
3-11-2023, 18:51 245 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trеndyol” şirkətinin nümayəndələri arasında Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsi məsələləri müzakirə edilib.

VETENİM-AZERBAYCANDIR.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə Xidmət rəsmilərinin Türkiyənin “Trеndyol” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Məlumata görə, görüşdə dövlət-özəl dialoqunun vacibliyi vurğulanıb.
Həmçinin, görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb. Eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub.
Nümayəndə heyətinə, həmçinin Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək. Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI