Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya yaxın vaxtlarda RF, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır

Rusiya yaxın vaxtlarda RF, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır
2-11-2023, 22:24 145 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Rusiya yaxın vaxtlarda Moskvada RF, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.

VETENİM-AZERBAYCANDIR.AZ

xəbər verir ki, bu fikirləri brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 
O qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək hər cür təması dəstəkləyir. 
“Biz öz tərəfimizdən çıxış edərək bildiririk ki, ikitərəfli münasibətlərin normallaşdırılmasının yol xəritəsi 2020-2022-ci illər dövründə əldə olunan üçtərəfli razılaşmalar kompleksidir. Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və digər məsələlər daxildir”, - deyə RF XİN-in rəsmi nümayəndəsi əlavə edib. 
“Bu gün bir daha təsdiqləmək istərdim ki, biz yaxın vaxtlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”, - deyə diplomat vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI