Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zaksen əyalətinin rəsmiləri Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın səyləri barədə məlumatlandırılıb

Zaksen əyalətinin rəsmiləri Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın səyləri barədə məlumatlandırılıb
2-11-2023, 22:21 124 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Zaksen federal əyalətinə səfəri çərçivəsində ilk görüşünü Zaksen Landtaqının (parlament) sədri Matias Rösler ilə keçirib. 

VETENİM-AZERBAYCANDIR.AZ

xəbər verir ki, Landtaq sədrinin ofisinin yerləşdiyi Ştendehaus adlı tarixi inzibati binada baş tutan görüşdən əvvəl səfir N.Ağayev qonaq kitabına imza atıb. 
Görüşdə M.Rösler Zaksen Landtaqının fəaliyyəti, tarixi və xarici əlaqələri barədə məlumat verib. 
Səfir N.Ağayev həmsöhbətini Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, sosial–iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətləri, multikulturalizm ənənələri, xarici siyasəti, o cümlədən ölkəmizin qonşuları ilə əlaqələri barədə məlumatlandırıb. 
Tərəflər Azərbaycan Milli Məclisi və Zaksen Landtaqı arasında əlaqələrin gücləndirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. 
Növbəti görüş Zaksen əyalətinin Baş naziri Mixael Kreçmer ilə olub. Tərəflər Azərbaycanla Zaksen arasında münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Münasibətlərin geniş inkişaf potensialına malik olduğu, bunun üçün təmasların artırılmasının zəruriliyi qeyd olunub. Səfir Azərbaycanla Almaniya arasındakı ikitərəfli münasibətlər, ölkəmizin Avropanın enerji mənbələrinin şaxələndirilməsində oynadığı mühüm rol, Azərbaycan-Ermənistan münasibətləri, hazırkı danışıqlar prosesi, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması yolunda Azərbaycanın səyləri barədə danışıb. 
Səfər zamanı N.Ağayev Zaksen əyalətinin elm naziri Sebastian Qemkov ilə də görüşüb. Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan və Zaksen əyalətinin tədqiqat mərkəzləri, elm və təhsil müəssisələri, xüsusilə də ali məktəbləri arasında əməkdaşlığın gücləndirilməsinin tərəflər üçün qarşılıqlı faydalı olacağı qeyd edilib. 
Səfər çərçivəsində səfir N.Ağayev Drezden Dövlət və Universitet Kitabxanasını ziyarət edib. Ziyarət zamanı kitabxananın baş direktoru Katrin Ştump ilə görüş keçirilib. Görüş çərçivəsində kitabxana rəhbərliyi tərəfindən Azərbaycan səfirinə “Dədə Qorqud” dastanının uzun əsrlərdən bəri bu kitabxanada saxlanılan, XVI əsrə aid olması ehtimal edilən nadir nüsxəsi ilə əyani şəkildə tanış olmaq imkanı yaradılıb. Səfir N.Ağayev bu imkana görə öz dərin təşəkkürünü bildirib və kitabxananın qonaq kitabını imzalayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI