Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” adlı tədbir təşkil edilib

Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” adlı tədbir təşkil edilib
2-11-2023, 17:41 125 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ





Noyabrın 2-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Zəfər dastanı” adlı tədbir keçirilib.

VETENİM-AZERBAYCANDIR.AZ

xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. 
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Xarıbülbül” rəqsi təqdim edilib.
Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev “Heydər Əliyev və Qarabağ” mövzusunda çıxış edib. O, görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. 
İşğaldan azad edilən ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən Rəhman Hacıyev bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Qarabağın bərpasında gənclərin rolundan danışan R.Hacıyev tələbələrlə, şagirdlərlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə müəllim və şagird heyətinin hazırladığı “Zəfər dastanı” tamaşası da maraqla qarşılanıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai tədbirlə bağlı öz təəssüratlarını bölüşüb. 
Tədbirin təşkilatçısı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Aygün Mikayılova çıxış edərək gənclər və tələbələrin iştirakı ilə belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Çıxışlardan sonra tədbir müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI