Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın və Rusiyanın XİN başçıları bölgədəki cari vəziyyəti müzakirə ediblər

Azərbaycanın və Rusiyanın XİN başçıları bölgədəki cari vəziyyəti müzakirə ediblər
28-10-2023, 20:23 117 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Oktyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, söhbət zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.
Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında suverenlik, ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI