01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Oktyabrın 25-də Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Şəhid Analarına Dəstək” İçtimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhər Nizami Kino Mərkəzində “Zəfərin şahinləri şəhidlər qonaq
Oktyabrın 25-də Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Şəhid Analarına Dəstək” İçtimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhər Nizami Kino Mərkəzində “Zəfərin şahinləri şəhidlər qonaq gəlib"
Layihəsi çərçivəsində növbəti ədəbi-bədii gecə keçirildi.
Tədbirdə layihə çərçivəsində “BAYFİLM” MMC tərəfindən istehsal olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Missiya” qısametrajlı bədii film nümayış olundu.
Tədbirin aparıcısı tele-aparıcı Kamran Yaradanquliyevin, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Hüseynovun, Heydər Əliyev adına Ali Hərbi Məktəbin tələbələrinin, qeyri-hökumət təşkilatları, jurnalistlər, Bakı şəhərində yerləşən Şuşa və Zəngilan, Abşeron rayonlarının uşaq musiqi məktəblərinin pedaqoji kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, 34 nömrəli məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova, Aşıq Pəri Məclisinin rəhbəri Südabə İrəvanlı, Xalq artisti Gülyaz Məmmədova, Rövşən Əziz, Ruhiyyə Qarabağlı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və şəhid Səbuhi Əsədovun anası Cahan xanım çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə ithaf olunmuş “Missiya” qısametrajlı bədii film nümayiş olunarkən tamaşaçılar çox kövrək anlar yaşadı.
Layihənin rəhbəri Ceyran Həsənova layihələrinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə böyük dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Nizami Kino Mərkəzinə və “BAYFİLM” MMC-nin yaradıcı heyətinə öz təşəkkürünü bildirmişdir.