Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məhsəti ŞM İB-nin Qələbə ruhlu vətənim adlı layıhəsi ilə Quba şəhərində möhtəşəm tədbir keçirdi

Məhsəti ŞM İB-nin Qələbə ruhlu vətənim adlı layıhəsi ilə Quba şəhərində möhtəşəm tədbir keçirdi
30-09-2023, 19:56 169 dəfə baxılıb

Azərbaycan Respublikası Qeyri-Hökümət  Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin maliyyə  dəstəy ilə , Quba  Rayon İcra Hakimiyyətinin,  Quba rayon Mədəniyyət Mərkəzinin və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba Mədəniyyət Mərkəzində “Qələbə ruhlu Vətənim” adlı layihəmizə həsr olunmuş tədbir keçirildi.  “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı qeyd etdi k ,Məclisimiz Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi oldu.
27.09.2023-cü il tarixində , Quba şəhərində “Qələbə ruhlu Vətənim” adl Vətən müharibəsi və Zəfər tarixi mövzusunda yeniyetmə-gənclərin şair, qiraət və mugam müsabiqəsinin  iştirakçılarının çıxışları dinləndi .Müsabiqəyə müraciət edən Quba rayon üzrə30 nəfər olmaqla video çəkilişlərinin Münsiflər heyəti tərəfindən dəyərləndirilildi . Quba rayonu üzrə göndərilmiş video materiallar əsasında Vətən müharibəsi vəZəfər qələbəsinə dair şeir qiraəti, şer müəllifliyi, mugam ifaçılığı üzrə , Quba, rayonundan 9 nəfər olmaqla  istedadlıiştirakçılar seçildi. 
Quba rayonunda  Vətən müharibəsi və Zəfər tariximizlə baglı genişaçılış-təqdimatı  keçirildi .9  iştirakçı arasından yarımfinal və final müsabiqəsi keçirilərən nəticələrə əsasən Şamaxı rayondan seçilmiş 9 iştirakçı arasından hər 3 nominasiya üzrə 1 nəfər olmaqla (Vətən müharibəsinə dair şeirqiraəti, şeir müəllifliyi və mugam ifası) Quba rayon üzrə ümumilikdə 1-ci yer üzrə 1, 2-yer üzrə 1 və 3 yer üzrə 1 nəfər olmaqla 9 iştirakçıqalibin diplom və mükafat kuboku iləqiymətləndirildi.Tədbiri ilk öncə Quba Mədəniyyət Mərkəzinin Direktoru Ramiz Ramazanov  öz xeyir- duaları ilə tədbirimizə şərəf verdi. Sonra məclisin  Sədri Cəvahir Qaraqızıtədbirdə iştirak edənləri salamladı və tədbir haqqında tamaşaçılara məlumat verdi. 
Qonaqlara xoşgəldin etdi. Azərbaycanda ədəbiyyatımızın , mədəniyyətimizin yüksək səviyyədə  inkişafından danışdı. Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Azərbaycan Himni səsləndi Sonra söz Quba İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin başməsləhətçısi Nurullayev Əhmədə verildi .Əhməd Nurullayev də Məhsəti Şairlər Məclinin layihəsini yüksək dəyərləndird. Ehməd Nurullayev belə vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsinin gənclərin vətənpərvər ruhda yetişməsində böyük əhəmiyyəti olduğunu vurğuladı . Məhsəti ŞM layinənin keçirilməsində yaxından kömək etdiyinə görə Ehməd Nurullayevi  “Heydər zirvəsi -100” Diplomu ilə təltif etdi .Sonra söz  şairlərə Səxavət Ənvəroğluna, Ayaz Səlimxanoğluna , Böyükağa Ağaya, Müşviq Qəribə ,Mövlüd  Ağammədə verildi . Şairlər hər biri bizim layihəmizi çox bəyəndiklərini və alqışladığını dedilər .Xüsusilə də layihəyəgənclər və yeniyetmələr cəlb edildiyinə görə alqışladılar. Məhsəti Şairlər Məclisinin Qazax bölməsi üzrə qadınlar şürasınım sədri Sədaqət xanım Şıxlı və Məhsəti Şairlər MəclisininGənclər şurasının sədri Aygün Hüseyin maraqlıçıxışları ilə tamaşaçıların rəğbətini qazandılar .Qiraət üzrə Quba - Xaçmaz Regional Mədəniyyət idarəsi Quba rayon MKS – nin  Aşağı Xuc kənd kitabxanasının oxucusu Zalova Ülkər Rahib qızı,mərkəzi kitabxanasının oxucusu Əliyeva Nuray Intiqam qizi,mərkəzi kitabxanasının oxucusu Mirzəyev Əliəziz Yusif oğlu , mərkəzi kitabxanasının oxucusu Zabitova Zəhra Kamil qizi , mərkəzi kitabxanasının oxucusu Ağayev Ilqar Üzeyir oğlu , mərkəzi kitabxanasının oxucusu Rəşidova Günel Zakir qızı ,mərkəzi kitabxanasının oxucusu Bayramova Şərifə Babək qizi , mərkəzi kitabxanasının oxucusu Əhmədova Həcər Ramil qizi , Şəhanə Hüseynova ,Maral Tarverdiyeva, Mirvari Baxışova çox maraqlışeirlər söylədilər . Qiraət üzrə finala çıxan gənclər diplom vəkubokla mukafatlandırıldı
         1-ci yer Şəhanə Hüseynova 
         2-ci yer Zalova Ülkər
         3-cü yer Maral Tarverdiyeva 
        3-cü yer Bayramova Şərifə
Ümumiyyətlə yeniyetmələrin belə  istedadlı çıxışları ürəkaçandır .  
Şairlərdən finala çıxan gənclər diplom vəkubokla mukafatlandırıldı . 
1-ci yer  Ayaz Səlimxanlı
2-ci yer Müşviq Qərib 
Ustad şairlər Səxavət Ənvəroğlu,  Böyükağa Ağa,  ,Mövlüd  Ağamməd "Məhsəti" Şairlər Məclisi ictimai Birliyinin “Heydər Zirvəsi -100” Diplomu ilə təltif edildilər .
Xanəndələrdən xüsusilə seçilən  Milli Konservatoriyanın məzunu Polad Heydərov tamaşaçı sevgisinə layiqdi. Polad Heydərov Professor , Azərbaycanın xalq artisti Arif Babayevdən dərs alıb. Xanəndə Elton Əkbərov atası da xanəndədir. Xanəndə Bəxtiyar Nuriyev  də xanəndə ailəsində böyüyüb. 
Mugam ifaçılarından finala çıxanlar diplom vəkubokla mukafatlandırıldı .
1-ci yer Polad Heydərov  
2-ci yer Elton Əkbərov  
3-cü yer Bəxtiyar Nuriyev  
Tədbirdə iştirak edən bütün iştirakçılar gələcəkdə zəfər yönümlü, qələbə ruhlu şeirlər yazmağa, qiraət etməyə,və vətənpərvər şeirləri musiqi dilində  xalqa çatdırmağa motivasiya etmək üçün  Diplomla təltif olundular.
Münsiflər heyətinin üzvləri AYB –nin Quba Bölmə Sədri Ramiz Qusarçaylı , Quba Mədəniyyət Mərkəzinin Direktoru Ramiz Ramazanov , musiqişünas Məmmədəli Cəfərov , Quba Mərkəızi Kitabxanasının Direktoru Saməddin Nəsirovda layihəmizdəgöstərdikləri dəstəyə görə Məhsəti ŞM  “Heydər Zirvəsi -100” Diplomu ilə təltif etdi.
Cəvahir Qaraqızı Quba Mədəniyyət Mərkəzinin Direktoru Ramiz Ramazanova  xüsusiylə təşəkkür etdi. Onu da vurğuladı ki.Ramiz Ramazanov bütün tədbirlərdə yüksək peşəkarlıq nümayiş etdirərək tədbirlərin ən yaxşı səviyyədə keçməsi üçün bütün  tədbir boyu canfəşanlıq etdi . 
Sonda Cəvahir  Qaraqızı Azərbaycan Respublikası Qeyri –Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin MüşahidəŞurasının Sədri Azay Quliyev Cənablarına ,Agentliyin Müşahidə Şurasının sədr müavini  Vüsal Quliyevə və Agentlikdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.Lahihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Quba rayon İcra hakimiyyətinin başçısı İlqar Mahmudov cənablarına ,  İctimai-siyasi və humanitar məsələlər üzrə başməsləhətçi Əhməd Nurullayevə bütün müsabiqədə iştirak edən iştirakçılara vətamaşaçılara video operator Əli bəyə ,fotoqrafa , səs operatoruna   dərin təşəkkürlərini  bildirdi . 



"Məhsəti" Şairlər Məclisi ictimai Birliyinin mətbuat xidmətinin müxbiri:  Radə Dursun qızı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI