Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Məhsəti ŞM İB-nin Qələbə ruhlu vətənim layihəsinin Şəkidə möhtəşəm tədbiri keçirildi

"Məhsəti ŞM İB-nin Qələbə ruhlu vətənim layihəsinin Şəkidə möhtəşəm tədbiri keçirildi
10-09-2023, 19:38 225 dəfə baxılıb


Azərbaycan Respublikası Qeyri-Hökümət  Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin maliyyə  dəstəy ilə , Şəki  Rayon İcra Hakimiyyətinin,  Şəki rayon Mədəniyyət Mərkəzinin və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə S.Vurgun adına folklor evində   “Qələbə ruhlu Vətənim” adlı layihəmizə həsr olunmuş tədbir keçirildi.  “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı qeyd etdi ki Məclisimiz  Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi oldu. 06.09.2023-cü il tarixində , Şəki, şəhərində  “Qələbə ruhlu Vətənim” adl Vətən müharibəsi və Zəfər tarixi mövzusunda yeniyetmə-gənclərin şer, qiraət və mugam müsabiqəsinin  iştirakçılarının çıxışları dinləndi .Müsabiqəyə müraciət edən Şəki  rayon üzrə 30 nəfər olmaqla video çəkilişlərinin Münsiflər heyəti tərəfindən dəyərləndirilildi . Şəki rayonu üzrə göndərilmiş video materiallar əsasında Vətən müharibəsi və Zəfər qələbəsinə dair şer qiraəti, şer müəllifliyi, mugam ifaçılığı üzrə , Şəki, rayonundan 9 nəfər olmaqla  istedadlı iştirakçılar  seçildi. Şəki rayonunda  Vətən müharibəsi və Zəfər tariximizlə baglı geniş açılış-təqdimatı  keçirildi .9  iştirakçı arasından yarımfinal və final müsabiqəsi keçirilərən  nəticələrə əsasən Şəki rayondan seçilmiş 9 iştirakçı arasından hər 3 nominasiya üzrə 1 nəfər olmaqla (Vətən müharibəsinə dair şer qiraəti, şer müəllifliyi və mugam ifası) Şəki  rayon üzrə ümumilikdə 1-ci yer üzrə 1, 2-yer üzrə 1 və 3 yer üzrə 1 nəfər olmaqla 9 iştirakçı qalibin diplom və mükafat kuboku ilə qiymətləndirildi.
 Tədbiri ilk öncə AYB-nin Şəki bölməsinin Sədri hörmətli Vaqif Aslan öz xeyir duaları ilə tədbirimizə şərəf verdi. Sonra məclisin  Sədri Cəvahir Qaraqızı   tədbirdə iştirak edənləri salamladı və tədbir haqqında tamaşaçılara məlumat verdi. Qonaqlara xoşgəldin etdi. Azərbaycanda Ədəbiyyatımızın , Mədəniyyətimizin yüksək səviyyədə  inkişafından danışdı. Azərbaycan Himni səsləndi  Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. İlk öncə Şəkinin  şəhid İsmayılov Elnur  valideynləri İsmayılova Elnarə, İsmayılov Arif  və Şairə Gülarə İnci səhnəyə dəvət olundu . Münsiflər heyətinin üzvü Filalogiya üzrə Fəlsəfə Doktoru Fəridə Ləmana söz verildi .Cəvahir Qaraqızı Fəridə xanımı 70 illik yubileyi münasibəti ilə  təbrik etdi ona can sağlığı uğurlar arzuladı Azərbaycan milli dəyərimiz olan baş örtüyü hədiyyə etdi. Tamaşaçılar isə Fəridə xanıma gül dəstəsi bağışladı. Fəridə xanım gül dəstəsini Şəhid  Elnur İsmayılovun anası Elnarə xanıma bağışladı . Şəhid valideynləri təşəkkür etdilər. Gülarə xanım İnci Məhsəti ŞM-nin Heydər Zirvəsi Diplomu ilə təltif olundu. Daha sonra Cəvahir Qaraqızı Şəhidlər  şeirini söylədi.Qiraətçi Gülnur İsmayılova şeiri gözəl qiratlə  söylədi. Qətibə Salmanova çox ustalıqla muğam ifa eylədi .Münsiflər heyətinin üzvü Natiq müəllim, Mərkəzi kitabxanaın əməkdaşı qiraət ustası  Dilbər Yaqubova çıxış etdilər . Şair, aktyor , qiraət ustası Elvin Nuriyə söz verildi . Onun söylədiyi şeir həm münsiflər heyətinin həm də tamaşaçıların rəğbətini qazandı.Daha sonra xanəndə Fərid Siracəddin,Şair Zaur İlham,Qiraətçi Səma Abdullayeva maraqlı çıxışlar etdilər.
Xanəndə Qasımov Nurlan,Qiraətçi Abdullayeva Aylin,şair Valeh Hüseyn, Şəki mədəniyyət mərkəzinin metodisti Nazilə Həmid qızı, şairə Əfsanə Rəvan, xanəndə Muradlı Ayxan,qiraətçi İlahə Kərimlinin da çıxıları maraqla qarşılandı . Şairə Qönçə,xanəndə Mehdiyev Elnur,Qiraətçi Babazadə Banu da alqışlarla qarşılandı. Qiraətçi Alxasov Seyhun , həvəskar şair Aslanlı Mehran ,qiraətçilər  Xalıqova Səbinə, Məmmədov Elcan , Xanəndə Adəm çox gözəl ifaları ilə hamını heyran qoydular.Tamaşaçıların  xahişi ilə xanəndə Salmanova Qətibə dünya şöhrətli Zeynəb Xanlarovanın repertuarından “Məhbubə” mahnısını çox böyük ustalıqla ifa etdi . Xanəndə Vəsilə Quliyeva , Natiq müəllim , Tərlan müəllim şair Pərvanə Kələğayı Dilbər Yaqubovə Məhsəti ŞM-nin diplomlarına layiq görüldülər.
Müsabiqədə kubok qazanan iştirakçılar aşağıdakılardı:  
                                     Muğam üzrə                                    1-ci yer Salmanova Qətibə                                                               2-ci yer Mehdiyev Emin                                                               3-cü yer Muradov Ayxan  
Şəki rayonu Vətən müharibəsi və Zəfər qələbəsinə dair 
                         şer müəllifliyində 1-ci yeri pedaqoq - şair Zaur İlham
                                                             2-ci yer Əfsanə Rəvan 
                                                              3-cü yer Aslanlı Mehran 
Qiraət üzrə 1-ci  yeri aktyor , şair Elvin Nuri 
                       2-ci yeri İsmayılova Gülnur
                       3-cü yer Abdullayeva İlahə   
Tədbirin boyu müsabiqədə iştirak edən bütün iştirakçılar Məhsəti ŞM-nin “Heydər Zirvəsi   Diplom”u və  “Məhsəti ŞM Fəxri Diplom”ları ilə təltif olundular . Fəridə xanım Ləman iştirakçılara öz kitabını hədiyyə etdi .Tədbirdə həm də Cəvahir Qaraqızı Məhsəti Gəncəvinin ruhuna ehtiramla onun rübailərini  səsləndirdi . Sonda xanəndə Vəsilə Quliyeva öz gözəl muğam ifası ilə alqışlarla qarşılandı .   Tədbiri yekun sözü ilə Məhsəti Şairlər Məclisi İB-Sədri Cəvahir Qaraqızı, Azərbaycan Respublikası Qeyri-Hökümət  Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin Sədrinə və bütün üzvlərinə ,Şəki  Rayon İcra Hakimiyyətinin Başçısı Elxan Usubova , Zərinə xanıma , Sadiq bəyə,  Ağəli bəyə ,Dilbər xanıma,  Tərlan müllimə, Natiq  müəllimə , Nazilə xanıma Fəridə xanıma, Vəsilə xanıma S.Vurğun adına Şəki Folklor evinin rəhbəri Şahmar Əsədova  və tədbirdə əməyi keçən hər kəsə bütün iştirakçılara və tamaşaçılara öz dərin təşəkkürlərini bildirdi. Tədbir boyu musiqimizi tarda ifa edən Rəcəb müəllim,Səxavət nüəllim,Orxan müəllim , kamançada ifa edənlər Soltan müəllim, Babək müəllim, səs operatou Cavidana , Vaqif İbrahim adına Şəki folklor evinin Direktoru Rövzət müəllimə, Kameraman Rauf və fotoqrafa də də öz dərin təşəkkürünü bildirdi .   Bütün müsabiqə iştirakçıları səhnəyə gəlib xatirə rəsmi çəkdirdilər və tamaşaçılarla sağollaşdılar.
Məhsəti Şairlər Məclisi İB-nin müxbiri  Radə Dursun qızı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI