22:22 - Bəhreyn və Küveytdə həyəcan siqnalları verilir
22:20 - Yaxın Şərqdə gərginlik artır - İran ABŞ-nin hərbi bazalarını hədəfə alıb
22:17 - Nazirlər Kabinetində iclas - Vacib qərarlar qəbul edildi
22:13 - Suriyada ABŞ hərbi bazası hücuma məruz qalıb
22:10 - İlham Əliyev Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
15:25 - HEYDƏR ƏLİYEV ƏVƏZOLUNMAZ ŞƏXSİYYƏT İDİ.
12:18 - Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
12:17 - Rafael Fiziyevdən əzmkar qələbə - Güclü rəqibini MƏĞLUB ETDİ
12:15 - "UFC Fight Night": Nazim Sadıxov rəqibini NOKAUT ETDİ
12:13 - ftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi
12:11 - Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının İstanbulda keçirilən 51-ci sessiyasında iştirak edib
12:04 - Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
12:36 - 🇦🇿🌹Xaçmazda şəhid analarının baş örtüyü qızılı kələğayı ilə dəyişdirildi.
00:42 - Ərdoğan-Paşinyan görüşündə müzakirə olunan məsələlər açıqlanıb
00:40 - Bakıda keçiriləcək UFC turnirindən əvvəl döyüşçülər üz-üzə gəliblər
Ordularımızı təlimi və “De Velt”in “Zəngəzura hücum” şəri...
VETENİM-AZERBAYCANDIR.AZ
Qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərindən biri - Almaniyanın “De Velt” nəşri “Qəzzanın kölgəsində - növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib. Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırki alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. “De Velt” dərgisinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan Ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.
O qeyd edib ki, avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır:
“Halbuki Prezident “Zəngəzur dəhlizində hərbi planımız yoxdur” dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, Sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, “De Velt” nəşri, faşist təmayüllü Annalena Berbok bunları görmür?
Bu günlərdə Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Qərbi tanımalı və tanıtmalıyıq. Bəli, 70 ildir Türkiyəni Osmanlı xofu ilə Brüsselin qapısında saxlayanlar Ermənistan Baş nazirini Avroparlamentdə ayaqüstə alqışlayır, Qafqazın “demokratiya mayakı” adlandırıraq, 30 illik işğala haqq qazandırır, müharibədə “qurban gedən və Qərbin forpostu, məzlum erməni xalqı” obrazını formalaşdırır. Bəs dünyada ədaləti təmin edən qalib Azərbaycan liderini Brüsselin titullu salonlarında niyə dinləmirlər? Çünki Ermənistanla birlikdə özlərini də məğlub sayırlar. Ona görə də sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq. Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da, faydası yoxdur”.
Deputat bildirib ki, Azərbaycan və Türkiyənin birgə son hərbi təlimləri İrəvana hücum planı deyil, regiona beynəlmiləl statusda gəlməyə çalışan və hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşıdır:
“Qafqazda sülhü Türkiyənin, Rusiyanın, İranın, Ermənistanın və Gürcüstanın əlindən alıb dövlətləri bir-birinə saldırmaq istəyən məhz Qərb dairələridir. Brüsseli siyasi Məkkəyə çevirənlər Ukraynaya hücum edən Rusiyadan danışıb, Amerikanın İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsini görmürlər. Strasburqun zahiri parıltılı demokratiya binaları mahiyyətcə imperializmin bir parçasıdır. Niyə o binalarda bircə dəfə Poloneziyada keçirilən 220 nüvə sınaqlarına yer verilməyib. Yoxsa onlar insan deyil?
Ona görə “De Velt” qəzeti “Qarabağın kölgəsində: Qəzzaya sülhü necə aparmalı” adlı məqalə ilə çıxış etsin, dünyaya ədalətli sülh gətirən Azərbaycanı Yaxın Şərqə nümunə göstərsin. Əlbəttə, 3-cü Reyxin varislərinə bu sərfəlidirsə”.
[/spoiler]