Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu günlər Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı.

Bu günlər Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı.
18-10-2023, 12:32 132 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Səhər-axşam xaricdə gizlənən bu zıvıdıkeşləri nə yazıq ki, ölkəmizdə hələ də izləyənlər var və çöldə-bayırda, nəqliyyatda, parklarda və sair yerlərdə onlara tez-tez rast gəlirəm. Sosial şəbəkələr də öz yerində - onları izləyənlər burada əksər hallarda öz müsbət rəylərini yazmaqdan da çəkinmirlər.

Lakin fakt göz qabağındadır, Qarabağı aldıq ki! 

İndi videoda "İlham əliyev Qarabağı alsa qulağımı kəsərəm" deyən o uzundraz söyüşkən gədə (adı Habil, ya Qabildir deyəsən) qulağını kəsdirmək istəyirsə, ona tanış cərrahın ünvanını verərəm. Əslində, ana-bacı bilmədən efirdə illərlə  açıq söyüş söyən belə birisinə meqa sünnət eləyən dəli dəllək lazımdır!

Mən hamını ucdantutma qınamaq istəmirəm, sonunda hər kəs uzaqgörən, dərin məntiq sahibi, əqidəsindən dönməyən birisi ola bilməz. Lakin heç olmazsa indi, fakt göz qabağında ikən fikrinizi bir daha toparlamağa çalışın. 

İndiki iqtidarın iqtisadi, sosial, idarəetmə və digər sferalarda olan fəaliyyətində çatışmazlıqlar yox deyil və bunlar haqqında illər uzunu ən çox tənqid yazanlardan biri də mən olmuşam və bu dəqiqə də həmin fikrimdə qalıram.

 Lakin söhbət Qarabağın azad edilməsindən gedirsə və bu məsələ qeyrəti olan hər bir Azərbaycan vətəndaşı üçün cibindən və qarnından daha önəmlidirsə, o zaman iqtidarın haqqını verməyə borcluyuq. Son 500 ildə torpaq almaq bir yana, ancaq onu zor altında olsa da paylamaq nəsibimiz olmamışdımı?

Bu günlərdə Azərbaycan Tarixinə qızıl hərflərlə yeni səhifələr yazılır. Məhz bu günlərdə mövqeyinizi elə seçin ki, gələcəkdə nəvə-nəticələrinizə bu günlər haqqında danışarkən vicdanınız sizə xəcalət təri tökdürməsin!

  ETİBAR ƏLİYEV

Qələbəmiz mübarək olsun!
🇦🇿🇹🇷QARABAĞ AZƏRBAYCANDIR!🇦🇿🇹🇷
🇦🇿🇹🇷 #Karabakh_is_Azerbaijan 🇦🇿🇹🇷
🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI