Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

NYT: ABŞ-ın Ukrayna, Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədləri İnternetə sızdı

NYT: ABŞ-ın Ukrayna, Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədləri İnternetə sızdı
8-04-2023, 18:22 268 dəfə baxılıb

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ


Ukrayna, Yaxın Şərq və Çindəki vəziyyət, həmçinin terrorizmlə mübarizə ilə bağlı Amerika məxfi sənədlərinin yeni partiyası internetdə peyda olub. ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmaya başladığını və Pentaqonla əlaqə saxladığını bildirib. 

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ xəbər  verir ki, bu barədə "The New York Times” yazıb.

Qəzetin məlumatına görə, aprelin 7-də cümə günü sosial şəbəkələrdə 100-dən çox sənəd dərc edilib. Bildirilir ki, onlardan biri fevralın 23-nə aiddir, orada "Secret / Noforn” qeyd olunub, yəni məlumatların başqa ölkələrə ötürülməsi nəzərdə tutulmayıb.

Nəşrin müsahibə götürdüyü rəsmilərin və analitiklərin fikrincə, məxfi məlumatların sızmasının miqyası "çox böyük ziyana” səbəb ola bilər. Xüsusilə, Amerika kəşfiyyat cəmiyyəti hadisəni "Beş Göz üçün kabus” adlandırıb (Five Eyes - ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın daxil olduğu kəşfiyyat alyansıdır).

Keçmiş Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmisi Mick Mulroy bildirib ki, sızıntı Ukraynanın hərbi planlarına zərər verə biləcək "əhəmiyyətli təhlükəsizlik pozuntusunu” ifadə edir. "Görünür, bu, Ukrayna, ABŞ və NATO-nun səylərinə xələl gətirmək istəyən biri tərəfindən qəsdən sızdırılıb”, - o əlavə edib.

Xatırladaq ki, NYT bu ərəfədə Twitter və Telegram-da əks-hücum ərəfəsində ABŞ və NATO-nun Ukrayna silahlı qüvvələrini gücləndirmək üçün gizli planları barədə məlumatların yer aldığı sənədlərin yayıldığını bildirmişdi.

Alpər

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI