Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyhun Bayramov Karen Donfrid ilə danışdı

Ceyhun Bayramov Karen Donfrid ilə danışdı
18-07-2022, 09:08 276 dəfə baxılıb

17 iyul 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.


Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən kommynikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması üzrə Azərbaycanın məlum mövqeyini və bu istiqamətlərdə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. 

Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI