Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Atambayevə bəraət verildi

Atambayevə bəraət verildi
28-06-2022, 22:19 207 dəfə baxılıb

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.


"Vətənim-Azərbaycandır.az" xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə tərəfindən Atambayevin ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.


Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri - Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.

Qeyd edək ki, Bişkekin Pervomayski rayon məhkəməsi eks-prezidenti 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşlara görə təqsirləndirmişdi. Prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.

Atayeva Günay.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI