Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aİ-nin xarici işlər nazirləri sabah bu məsələlərin həlli üçün toplanacaq

Aİ-nin xarici işlər nazirləri sabah bu məsələlərin həlli üçün toplanacaq
19-06-2022, 17:48 248 dəfə baxılıb

Avropa İttifaqının xarici işlər nazirləri sabahkı görüşlərində Ukrayna müharibəsinin ərzaq və enerji təhlükəsizliyinə təsirlərini müzakirə edəcəklər. Nazirlər Brüsseldə iyunun 23-24-də keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsindən əvvəl bir araya gələcək.


Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Aİ-nin yüksək rütbəli rəsmisi məlumat verib.

Böhrandan təsirlənəcək milyonlarla ton buğdanın ixracı üçün Belarus da daxil olmaqla müxtəlif variantların qiymətləndirildiyini bildirən rəsmi, ən ideal variantın Qara dəniz olduğunu vurğulayıb.

O, toplantıda Körfəz ölkələri ilə enerji təhlükəsizliyi baxımından mövcud müsbət münasibətlərin müzakirə ediləcəyini, lakin bu münasibətlərin Rusiyanın yaratdığı təhlükə fonunda transformasiyasının müzakirə ediləcəyini bildirib.

Aİ-nin Körfəzlə gələcək üçün qarşılıqlı asılılığa əsaslanan bir münasibət qurduğunu ifadə edən rəsmi, İranın münasibəti və nüvə anlaşmasının taleyinin də bu hədəfə təsir edəcəyini bildirib.

Rəsmi nazirlərin son sammitdə qəbul edilən 6-cı sanksiya paketini müzakirə edəcəklərini və yeni paketə hazırlaşmadıqlarını da əlavə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI