Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Şuşanın dağlıq relyefini görəndə, Azərbaycan əsgərinin şücaətini anladım” - Metyu Brayza

“Şuşanın dağlıq relyefini görəndə, Azərbaycan əsgərinin şücaətini anladım” - Metyu Brayza
5-06-2022, 19:57 334 dəfə baxılıb

Hazırda Şuşada Bakı Enerji Həftəsi Çərçivəsində xüsusi sessiya keçirilməkdədir. 


Sessiyada iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan "Vətənim-Azərbaycandır.az" Bizim.Media-ya istinadən özəl açıqlama verib.

Keçmiş səfir bildirib ki, Fizulidən Şuşaya çəkilən yolla gəldikcə buranın möhtəşəmliyi və ecazkar təbiəti onu valeh edib.

“Şuşa Azərbaycanın incisidir və buranın dağlıq relyefini gördükdə, Azərbaycan əsgərinin göstərdiyi şücaəti anladım, onlar Şuşanı azad etmək üçün böyük rəşadət göstəriblər”.

Ermənistanın Qarabağda törətdikləri dağıntılara da toxunan səfir fürsətdən istifadə edərək bəzi müqayisələr də aparıb:

“Ermənilərin Qarabağda etdiyi dağıntıları gördükdə Rusiyanın hazırda Ukraynada apardığı müharibəni xatırladım. Mənə görə işğalın bütün dillərdə adı eynidir”.

Açıqlamasında Şuşada keçirilən enerji sessiyasına diqqət çəkən Metyu Brayza SOCAR və BP-nin Qarabağda icra edəcəyi layihələrdən söhbət açıb:

“Enerji ilə bağlı hazırda Şuşada keçirilən tədbir möhtəşəmdir. SOCAR-ın hazırkı rəhbəri Rövşən Nəcəf, Azərbaycan Ennergetika Naziri Pərviz Şahbazov və BP-nin Regional prezidenti Qəri Counz Qarabağa yatırılacaq enerji investitsiyaları barəsində müzakirə apardılar. Həmçinin BP və SOCAR arasında Qarabağda görüləcək işlər barəsində anlaşma memerondumu imzalandı. Cəbrayılda görüləcək işlər də müzakirə mövzuları arasında idi”.

Səfir inanır ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh müqaviləsi təmiz enerji istehsalçısı kimi Azərbaycanın dünyadakı rolunu ciddi şəkildə artıracaq:

“Azərbaycanın bərpa olunan enerji istehsalçısı kimi mümükn imkanları da müzakirə mövzularının prioritet istiqamətlərindən idi. Müzakirələrdə Qarabağ regionunun yaşıl enerji istehsalındakı rolunun dəyərləndirilməsi də vardı.

Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanarsa saf enerji istehsalçısı kimi Azərbaycanı gücləndirəcək”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI