Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aİ Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqlədi

Aİ Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqlədi
3-06-2022, 13:21 215 dəfə baxılıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib.


Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı qurum yayıb.

“Avropa İttifaqı Şurası bu gün Rusiya və Belarusa qarşı iqtisadi və şəxsi sanksiyalardan ibarət altıncı sanksiya paketini tətbiq etmək barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd olunub. 

Məlumata görə, sözügedən sanksiyalar Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur. 

Bununla yanaşı, sanksiyalara əsasən, dəniz vasitəsilə daşınan Rusiya neftindən mərhələli şəkildə imtina ediləcək. Rusiyadan boru kəməri ilə neft daşınmasına isə müvəqqəti olaraq istisna olunacaq. 

Sanksiyalar, həmçinin Rusiyanın “Sberbank”, “Rosselxozbank” və “Moskva kredit bankı” kimi banklarının “SWIFT”dən ayrılmasını nəzərdə tutur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI