Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Almaniyada meymunçiçəyinə yoluxanlar 21 günlük karantinə alınacaq

Almaniyada meymunçiçəyinə yoluxanlar 21 günlük karantinə alınacaq
24-05-2022, 16:14 221 dəfə baxılıb

Almaniyada meymunçiçəyi xəstəliyinə yoluxan şəxslər üçün karantin tətbiq ediləcək.


Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın səhiyyə naziri Karl Lauterbax açıqlayıb.

Onun sözlərinə görə, sözügedən xəstəliyə yoluxan şəxslər minimum 21 gün karantin rejimində saxlanılacaq.

Bununla yanaşı, meymunçiçəyinə yoluxmuş şəxslərlə təmasda olanların da özünütəcrid etməsi ciddi olaraq tövsiyə edilir.

Qeyd edək ki, son günlər Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, İsveç, Danimarka və Sloveniyada meymunçiçəyinə yoluxma aşkar olunub. Mayın 23-nə olan məlumata görə, Almaniyada meymunçiçəyinə 4 yoluxma halı qeydə alınıb. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI