Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qazaxıstanda xarici pasportlarda çip tapıldı, nazirlik açıqlama yaydı

Qazaxıstanda xarici pasportlarda çip tapıldı, nazirlik açıqlama yaydı
24-05-2022, 06:22 226 dəfə baxılıb

Qazaxıstanda vətəndaşların xarici pasportlarında çiplər aşkarlanıb.


Vətənim-Azərbaycandır.az” Tengrinews.kz-a istinadən xəbər verir ki, sosial mediada bu çiplərin vətəndaşları izləmək üçün nəzərdə tutulması ilə bağlı iddialar səsləndirilib. Qazaxıstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək xarici pasportlarda çiplərin olmasına aydınlıq gətirib. Bildirilib ki, elektron pasportlar dünyanın bir çox ölkəsində tətbiq edilib: 

“Qazaxıstanda 2009-cu ildən pasportlar, həmçinin mikrosxemli şəxsiyyət vəsiqələri istehsal olunur. Çip vətəndaş haqqında fərdi məlumatların saxlanması üçün nəzərdə tutulub və şəxsin şəxsiyyətini müəyyənləşdirməyə imkan verir. Sərhəd-buraxılış məntəqələrinin keçidinin və digər dövlətlərdə pasport-viza nəzarətinin elektron sistemlər vasitəsilə sadələşdirilməsi məqsədilə çipli pasport tətbiq edilib. Pasportlardakı çiplər sərhədi keçərkən yalnız xüsusi oxuyucularla qarşılıqlı əlaqə yaradır”, - nazirliyin açıqlamasında deyilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI