Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

HƏYACAN TƏBİLİ -“Meymun çiçəyi” ilə bağlı XƏBƏRDARLIQ: Yoluxma sürətlə artacaq

HƏYACAN TƏBİLİ -“Meymun çiçəyi” ilə bağlı XƏBƏRDARLIQ: Yoluxma sürətlə artacaq
22-05-2022, 21:57 229 dəfə baxılıb

Böyük Britaniya “meymun çiçəyi”nə yoluxma hallarında əhəmiyyətli artımla üzləşəcək. Bunu Britaniya Cinsi sağlamlıq və İİV assosiasiyasının prezidenti, doktor Kler Dyusnap deyib.


O, İngiltərədə “meymun çiçəyi” infeksiyalarının qaçılmaz artımı barədə xəbərdarlıq edib və gələn həftə onların sayında əhəmiyyətli artımın müşahidə ediləcəyini vurğulayıb.

“Nə qədər olacağını söyləmək çətindir … Növbəti iki və ya üç həftə ərzində həqiqətən əhəmiyyətli rəqəmlər ola bilər”, – Dyusnap qeyd edib.

Mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 ölkədə “meymun çiçəyi”nə yoluxma hallarının təsdiqləndiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, həmin vaxt 80 xəstəliyə yoluxma faktı təsdiqlənib, daha 50-yə yaxın yoluxma ehtimalı ilə bağlı araşdırma aparılır. O, həmçinin bu xəstəliyin “yaxın təmas yolu ilə” yayıldığını əlavə edərək, yoluxmuş insanlarla yaxın təmasda olan insanların ən çox risk altında olduğuna işarə edib.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI