Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ-dan Türkiyənin təhlükəsizlik narahatlıqları barədə - Açıqlama

ABŞ-dan Türkiyənin təhlükəsizlik narahatlıqları barədə - Açıqlama
19-05-2022, 07:17 217 dəfə baxılıb

"Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqları aradan qaldırıla bilər və bu prosesdə ABŞ da mühüm rol oynayacaq".


"Vətənim-Azərbaycandır.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

O bildirib ki, İsveç və Finlandiyanın namizədlik müraciəti tarixi əhəmiyyət kəsb edir və ABŞ bu ölkələrin üzvlüyünü tam dəstəkləyir.

Sallivan Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olmasına münasibətini də qiymətləndirib:

“Finlandiya və İsveçin NATO-ya təsirli şəkildə daxil ola biləcəyinə və Türkiyənin narahatlıqlarının aradan qaldırıla biləcəyinə inanırıq”.

Müşavir vurğulayıb ki, Finlandiya və İsveç bu məsələdə Türkiyə ilə birbaşa əlaqədədir:

"Biz bu prosesi asanlaşdırmaq üçün türklərlə də görüşürük. Bu gün mən həmkarımla görüşdüm, Dövlət katibi Entoni Blinken də Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdü".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI