Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yaponiyadan ölkəyə gələn ukraynalı qaçqınlara dəstək

Yaponiyadan ölkəyə gələn ukraynalı qaçqınlara dəstək
18-05-2022, 05:58 186 dəfə baxılıb

Yaponiyanın Sosial Müdafiə Nazirliyi bu həftədən etibarən Tokio və Osakada Ukraynadan olan qaçqınlar üçün ixtisaslaşdırılmış məşğulluq xidmətləri təklif edəcək.


Bu barədə “Vətənim-Azərbaycandır.az” “Japan Today”ə istinadən xəbər verir.

Məlumata görə, Yaponiyaya gələn ukraynalılar iş axtarışı və yaşayış icazəsi almaq üçün tələblər üzrə pulsuz məsləhətlərdən yararlana biləcəklər.

Xidmətlər dövlət məşğulluq idarələri tərəfindən təmin ediləcək. Xidmətlər bu iki böyük şəhərdən kənarda yaşayanlar üçün də açıq olacaq. “Hello Work” sistemi çərçivəsində xaricilər üçün məşğulluq mərkəzləri cümə axşamından etibarən dəstək verəcək. Onlar həmçinin ukraynalı miqrantları qəbul etmək istəyən yerli şirkətlərin və bələdiyyələrin müraciətlərini də qəbul edəcəklər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI