Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukrayna Rusiyaya yaralılarla əsirləri dəyişməyi təklif edir

Ukrayna Rusiyaya yaralılarla əsirləri dəyişməyi təklif edir
12-05-2022, 07:18 145 dəfə baxılıb

Ukrayna ağır yaralı əsgərləri “Azovstal”dan humanitar dəhlizlə çıxarmağı və bunun müqabilində əsirlərin dəyişdirilməsi qaydalarına uyğun olaraq əsir düşən rusları təhvil verməyi təklif edib. 


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz Teleqram kanalında məlumat verib.

"Hazırda «Azovstal"ı hərbi yolla azad etmək mümkün deyil. "Azovstal"ın müdafiəçiləri təslim olmaq istəmirlər. Bu, hörmətə layiqdir. Reallıq odur ki, ruslar çıxmaq istəçmirlər”. 

Vereşçuk qeyd edib ki, Ukrayna hökuməti müxtəlif variantlar üzərində işləyir. O qeyd edib ki, onların heç biri ideal deyil:

“Amma biz ideal variant yox, işlək variant axtarırıq. İlk addım olaraq ruslara belə bir mübadilə təklif edildi: biz ağır yaralı əsgərlərimizi “Azovstal”dan humanitar dəhlizlə çıxarırıq. Bunun müqabilində biz hərbi əsirlərin mübadiləsinin standart qaydalarına uyğun olaraq rus əsirlərini veririk. Hələlik heç bir razılaşma yoxdur, danışıqlar davam edir”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI