Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukrayna müharibədə Rusiyanın itkilərini açıqladı - Siyahı

Ukrayna müharibədə Rusiyanın itkilərini açıqladı - Siyahı
7-05-2022, 21:31 149 dəfə baxılıb

Fevralın 24-dən davam edən Rusiya-Ukrayna müharibəsində həlak olan rus hərbçilərinin sayı 25 mini keçib.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu haqda ukrayna Baş Qərargahı məlumat yayıb.

Ukrayna Baş Qərargahının 24 Fevral-7 May tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı verdiyi açıqlamada Rusiya ordusunun son 24 saat ərzində daha 200 hərbçisini itirdiyi bildirilib.

Açıqlamada, Rusiya ordusunun ümumilikdə 25 min 100 əsgəri və onlara məxsus 199 təyyarə, 155 helikopter, 1122 tank, 2 min 713 zirehli texnika, 509 artilleriya, 172 raket atma sistemi və 84 hava hücumundan müdafiə sisteminin məhv edildiyi qeyd olunub. 

Rusiya qüvvələrinin 1934 avtomobil, 11 gəmi, yüngül sürətli qayıq və 341 pilotsuz uçuş aparatını itirdiyi, ruslar tərəfindən atılan 90 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi bildirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI