Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qızıl medal alan siçan öldü

Qızıl medal alan siçan öldü
12-01-2022, 05:15 245 dəfə baxılıb

Kambocanın minaaxtaran siçanı Maqava təqaüdə çıxdıqdan yeddi ay sonra səkkiz yaşında ölüb.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Afrikada belə siçanlar yetişdirən qeyri-hökumət təşkilatı APOPO məlumat yayıb.
Bildirilib ki, Maqavanın ölkədə illərdir davam edən vətəndaş müharibəsindən 100-dən çox mina və digər partlayıcıları qoxladıqdan sonra səkkiz yaşında ölüb.
Təşkilat tərəfindən qeyd edilib ki, iyun ayında təqaüdə çıxan ən müvəffəqiyyətli minaçı Maqavanın son günlərdə sağlamlığı pisləşib və iştahı azalıb. Maqava son günlərini yataraq keçirib.
Tanzaniyada anadan olan Maqava minaaxtaran kimi istifadə edilməzdən əvvəl Kambocada bir il təlim keçib.
Təxminən beş illik karyerası ərzində 100-dən çox mina və partlayıcı maddə tapmış Maqava 2020-ci ilin sentyabrında Böyük Britaniyada yerləşən heyvanlara yardım təşkilatı PDSA tərəfindən qızıl medala layiq görülüb.
Maqava PDSA tarixində mükafatlandırılan ilk siçandır.
Qeyd edək ki, Kambocada Vyetnam müharibəsi və vətəndaş müharibəsi illərindən qalan 6 milyona yaxın partlamamış minanın olduğu təxmin edilir.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI