Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

300 cadugər əsrlər sonra bağışlanacaq

300 cadugər əsrlər sonra bağışlanacaq
22-12-2021, 02:57 274 dəfə baxılıb

Şotlandiya əsrlər sonra cadugərlik iddiası ilə edam edilən 300-ə yaxın adamı əfv etməyə hazırlaşır.
Vətənim-Azərbaycandır.az” “Times” qəzetinə istinadən xəbər verir ki, əfv tələbi Şotlandiya Parlamentinə "Şotlandiyanın cadugərləri" adlı qrupun rəhbərlik etdiyi iki illik kampaniya nəticəsində gəlib.
Parlamentin komitəsi də məsələni hökumətə həvalə edib.
Hökumət indi 1563-1736-cı il Cadu Aktı ilə edam edilən 300-ə yaxın cadugəri, əsasən də qadınları əfv etməyi düşünür.
Onlar bayquşa çevrilməkdə, şeytanla görüşməkdə və Kralın gəmilərini yandırmaqda ittiham olunurdular.
Müvafiq qanun layihəsinin iyun ayında qəbul edilərək qüvvəyə minməsi gözlənilir.
Qanun layihəsinin qəbulu ilə heyrətə gətirməkdə, bayquşa çevrilməkdə, şeytanla görüşməkdə və ya fırtınaların batırılmasına səbəb olmaqda təqsirli bilinən bu şəxslər Kral VI Ceymsin gəmilərini batırmaqda ittiham edilən bu şəxslər ölümlərindən əsrlər sonra əfv edəcəklər.
Qeyd edək ki, Şotlandiyada, eləcə də, Almaniya, Fransa, İtaliya, İsveçrə və ABŞ-da cadugər ovu XVIII əsrin sonlarına qədər davam edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI