Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təqaüdə çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkələr - Siyahı

Təqaüdə çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkələr - Siyahı
17-12-2021, 11:11 169 dəfə baxılıb

Təqaüdə çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkələr Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Avstraliya və İsraildir. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Our Life Plan” portalının yeni araşdırmasında yer alıb.
Araşdırma ölkələrdə yaşayış minimumu, orta aylıq əmək haqqı, orta illik temperatur və ildə günəş işığı saatlarının sayı kimi amillərdən istifadə edilməklə tərtib edilib. Araşdırmanın nəticələrinə görə, BƏƏ təqaüdçülər üçün ən yaxşı ölkə olub. Ölkədə illik temperatur orta hesabla 27 dərəcə təşkil edib, günəş ildə 3508 saat parlayır - bu göstəricilər yüksək yaşayış minimumu və orta aylıq əməkhaqqı ilə yanaşı, ölkəyə birinci yeri tutmağa imkan verib.
Təqaüdçülər üçün ilk beş ölkəyə Avstraliya, İsrail, Bəhreyn və Səudiyyə Ərəbistanı daxildir. “Our Life Plan” Avropa ölkələri arasında uzun gündüz saatları və orta illik temperaturu 19,6 dərəcə olduğu üçün Kipri tövsiyə edir. Bundan əlavə, Kipr çimərlikləri, restoranları, kafeləri və köhnə şəhərləri ilə tanınır. İlk on ölkəni İspaniya, Malta, Kolumbiya və Tailand tamamlayır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI