Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Peyvəndin effektivliyində azalma var” - ÜST

“Peyvəndin effektivliyində azalma var” - ÜST
15-12-2021, 07:35 191 dəfə baxılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağır xəstəlik və ölümə qarşı koronavirus peyvəndlərinin effektivliyində kiçik bir azalma olduğunu açıqlayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.
"Hazırda 77 ölkə “Omicron” ştamının aşkarlanması barədə məlumat verib. Yəqin ki, “Omicron” hələ aşkar edilməmiş əksər ölkələrdə də mövcuddur", - Baş direktor bildirib.
Qebreyesus əlavə edib ki, “Omicron” əvvəllər heç bir ştamda olmayan sürətlə yayılır:
“İnsanların “Omicron”u yüngül ştam kimi görməsindən narahatıq. "Omicron” daha az ciddi xəstəliyə səbəb olsa belə, çox sayda yoluxma yenidən hazırlıqsız sağlamlıq sistemlərini alt-üst edə bilər".
O, maska taxmaq, sosial məsafə saxlamaq, havalandırma və əl gigiyenası kimi tədbirləri davam etditməyə çağırıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI