Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünyanın ən bahalı və ən ucuz şəhərləri - Siyahı

Dünyanın ən bahalı və ən ucuz şəhərləri - Siyahı
2-12-2021, 07:37 180 dəfə baxılıb

Dünyanın ən ucuz və ən bahalı şəhərlərinin adları açıqlanıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "The Economist" nəşri araşdırma nəticələrini açıqlayıb.
Nəşrin araşdırma bölməsi (EIU) dünyanın 173 böyük şəhərində məhsul və xidmətlərin dəyərini ABŞ dolları ilə araşdıraraq hesabatı ictimaiyyətə təqdim edib.
Hesabata görə, İsrailin paytaxtı Təl-Əviv yaşayış minimumuna görə Parisi keçərək, dünyanın ən bahalı şəhəri olub.
Bildirilib ki, inflyasiyanın artması və təchizat zəncirindəki problemlər qlobal miqyasda qiymətləri yüksəldir.
Bu çərçivədə son beş ildə yaşayış qiymətində ən böyük artım bu böyük şəhərlərdə qeydə alınıb. Ən çox qiymət artımının müşahidə olunduğu sahə neftin bahalaşması ilə əlaqədar nəqliyyat sahəsi olub.
Fransanın paytaxtı Paris bir pillə geriləyərək, ikinci yeri Sinqapurla bölüşüb.
İsraildə ərzaq və nəqliyyat qiymətlərinin artması və İsrail şekelinin xarici valyutalar qarşısında bahalaşması səbəbindən Tel-Əvivin 1-ci pilləyə yüksəldiyi vurğulanıb.
Keçən il Paris, Sürix və Honq-Konq birinci yeri bölüşürdülərsə, bu il Sürix 3-cü, Honq-Konq isə 4-cü yerdə qərarlaşıb.
Siyahıda Honq-Konqdan sonra Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles və Osaka yer alıb.
İranın paytaxtı Tehran ABŞ sanksiyalarının yaratdığı qiymət artımları və məhdudiyyətlər səbəbindən 79-cu yerdən 29-cu yerə yüksələrək, siyahıda ən çox bahalaşan şəhər olub.
"COVID-19 peyvəndlərinin buraxılması ilə əksər iqtisadiyyatlar düzəlsə də, paytaxtların çoxunda hələ də yoluxma sayında artım müşahidə olunur. Bu da yenidən qapanmalarla nəticələnir. Bu isə çatışmazlıqlara və daha yüksək qiymət artımlarına səbəb olur”, - hesabatda bildirilib.
Suriyanın paytaxtı Dəməşq dünyanın yaşamaq üçün ən ucuz şəhəri olaraq siyahıdakı yerini qoruyub. 2-ci ən ucuz şəhər Tripoli, 3-cü Daşkənd, 4-cü Tunis, 5-ci isə Almatı olub.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI